“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
24-10-2024, 10:57 115 dəfə baxılıb
“Qala Həyat” sığorta şirkəti geriləməkdə davam edir.
“Yeni Sabah” xəbər verir ki, həyat sığorta şirkəti bu ilin yanvar-sentyabr aylarında 18,94 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 1,5% və ya 279 min manat azdır. 2023-cü ilin ilk doqquz ayında “Qala Həyat”ın yığımları 19,22 milyon manat təşkil edib.
Halbuki, bazar üzrə digər dörd həyat sığorta şirkətinin yığımlarında artım qeydə alınıb.
Həyat sığorta şirkəti bu dövrdə 3,55 milyon manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 40% və ya 1 milyon manat çoxdur. Belə ki, 2023-cü ilin eyni dövründə şirkətin ödənişləri 2,54 milyon manat təşkil edib.
Yığımların azalması və ödənişlərin kəskin artımı sığorta şirkətinin zərərliliyinə (ödəniş-yığım nisbəti) mənfi təsir edib. Belə ki, “Qala Həyat” 2023-cü ilin yanvar-sentyabr ayınlarında topladığı hər 100 manata görə 13 manat ödəniş edibsə, bu ilin eyni dövründə bu rəqəm 19 manata yüksəlib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır. Şirkətin səhmlərinin 90%-i “Azre Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Xəbəri paylaş