“Veysəloğlu” gömrük qaydalarını pozdu, cərimələndi

 
25-10-2024, 12:48            117 dəfə baxılıb
Veysəloğlu MMC daha bir dəfə gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
Əyalətmedia.az  İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd edək ki, 2006-cı ildə dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 826 172 manat, qanuni təmsilçisi isə Bəxtiyar Adil oğlu Allahverdidir. 53 yaşlı B.Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir.
Mətbuatda “Veysəloğlu” şirkətinin və ona məxsus olan ARAZ, OBA və SPAR supermarketərinin sahibinin Aydın Veysəl oğlu Talıbov olduğu bildirilir. Şirkət A.Talıbovun atasının adına uyğun olaraq “Veysəloğlu” adlandırılıb.
Xatırladaq ki, Veysəloğlu MMC daha əvvəl bir neçə dəfə inzibati xəta törətdiyinə görə cərimələnib.







Xəbəri paylaş


 
 


Xəbər lenti