Kəbirə Məmmədovanın "Binə" Ticarət Mərkəzi məcburi auditdən yayındı

 
5-11-2024, 11:51            100 dəfə baxılıb
"Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” MMC ilə bağlı məhkəmə işi icraata götürülüb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə (Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmə işi hakim Rufan Mürsəlovun icraatındadır.

"Arazavia” MMC-nin qanuni təmsilçisi Dilşad Camşidovna Əmirovadır. MMC-nin nizamnamə kapitalı 40 AZN-dir.



Xəbəri paylaş


 
 


Xəbər lenti