Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
18-11-2024, 13:00 88 dəfə baxılıb
Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları arasında pambıq mahlıcı xüsusi çəkiyə malikdir. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. İxrac olunan pambıq mahlıcının dəyərində isə ötən illə müqayisədə 1,6 dəfə artım var. Cari ilin yanvar-oktyabr aylarında ixrac olunan pambıq mahlıcının ümumi dəyəri 160,4 milyon dollar təşkil edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib.
Nazirlikdən qeyd edilib ki, hazırda respublikada pambıq yığımı davam edir. Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən 168 min ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı hər hektara 16,35 sentner təşkil edir. Bu il respublikanın 15 rayonunda pambıq əkini aparılıb. Ən çox pambıq əkini Ağcabədi rayonunda qeydə alınıb. Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur.
Fermerlərə pambıq istehsalına görə nə qədər subsidiya veriləcək?
Diqqətə çatdırılıb ki, Azərbaycanda pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün isə məhsul subsidiyası hər tona 190 manat təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir".
"Hər il təxminən 100 min hektar sahədə pambıq əkirik"
İqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a deyib ki, dünya bazarlarında pambığa tələbat var və ən çox Türkiyəyə pambıq mahlıcı satırıq: "Hər il təxminən 100 min hektar sahədə pambıq əkirik və keçən il sahələrdən 276 min ton pambıq yığılıb. İqlim dəyişmələri pambığın məhsuldarlığına təsir göstərir və istehsalın azalmasına gətirir. Pambıq su sevən bitkidir və Azərbaycanın ancaq 12-14 rayonunda əkilə bilir. Son 4-5 ildə ölkədə pambıq istehsalında ciddi dəyişiklik yoxdur, demək olar ki, stabillik müşahidə olunur. Məhsuldarlıq göstəricisi də normaldır. Bu sahədə subsidiyanın verilməsi pambıq istehsalını stimullaşdırıb".
Nazir pambıqçılıqda müasir suvarma sistemlərinin tətbiqini dəstəkləyir
Qeyd edək ki, bu yaxınlarda kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb. Görüşdə nazir Məcnun Məmmədov bildirib ki, pambıqçılıq respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir: "Bu sahənin inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgələrdə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirilir, bu mexanizmlər sayəsində əkinə maraq artıb".
Nazirlik tərəfindən digər sahələrdə olduğu kimi, pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini deyib.
Pambıq mahlıcını hansı ölkələrə ixrac edirik?
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, keçən il pambığın məhsuldarlığı hektara 29,5 sentner olub. 2023-cü ildə Beyləqan, Ağcabədi, Bərdə, Saatlı və Salyan rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. Keçən il ixrac olunan pambıq mahlıcının 73,1%-i Türkiyənin, 21,8%-i Türkmənistanın və 3,3%-i isə İranın payına düşüb. 2023-cü ildə ixrac olunan pambıq ipliyinin isə 77,7%-i Türkiyənin, 21,8%-i Rusiyanın, 0,5%-i isə digər ölkələrin payına düşüb.
Aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur
Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Buraya dolu, qasırğa, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu və sair hallar aiddir. Dövlətin sığorta haqqına göstərdiyi 50%-lik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər.

Xəbəri paylaş