Dollar, yoxsa manat bahalaşacaq? - "Mərkəzi Bankın məqsədi odur ki..."
8-07-2022, 13:05 67 dəfə baxılıb
Ölkədə 4 ildən çoxurdur ki, manatın kursu dəyişmir. 2015-2017-ci illərdə rəsmi kursu 0.7844 manatdan 1.7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1.7 manata təklif edilir.
Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək? Bunun xeyri və ziyanı nədir? Bu il neftin kəskin bahalaşması manatın möhkəmlənməsinə təsir edə bilərmi?
İqtisadçı-deputat Vüqar Bayramov bildirir ki, pul-kredit siyasətinin istiqamətləri Mərkəzi Bankın manatın möhkəmlənməsinin deyil, mövcud kursun qorunub saxlanılmasında maraqlı olduğunu göstərir. Baxmayaraq ki, ölkəyə daxil olan valyutanın həcmində artımlar var: "Xüsusən, neftin dünya bazar qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır".
İqtisadçı hesab edir ki, indiki halda prioritet manatın möhkəmlənməsi və ya dolların manata nisbətən məzənnəsinin aşağı düşməsi deyil: "Mövcud məzənnənin qorunub saxlanılması Mərkəzi Bank üçün prioritetdir. Biz bu kontekstdən hətta neftin dünya bazar qiymətinin hələ də yüksək olmasına baxmayaraq, manatın məzənnəsinin möhkəmlənəcəyini güman etmirik".
Manatın kursunun saxlanılmasının fayda və ziyanlı tərəfinə gəldikdə, V.Bayramov deyib: "Bu, xüsusilə investisiya qoyuluşları, yığımlar, o cümlədən, depozitlərin strukturunda əmanətlərin payının artırılmasına təsir edir. Bununla belə, milli valyutanın məzənnəsi qeyri-neft sektorunun ixrac imkanları baxımından vacibdir".
Ancaq o, mərhələli şəkildə liberal və ya üzən məzənnə rejiminə keçilməsinin tərəfdarı olduğunu söyləyib: "Çünki bu keçid qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. İqtisadi diversifikasiya bütövlükdə qeyri-neft sektorunun payının artırılmasına əsas prioritet olaraq müəyyənləşdirilib. Ona görə də gələcəkdə Mərkəzi Bank tərəfindən liberal məzənnə siyasətinin mərhələli şəkildə tətbiq olunması məqsədəuyğun olardı".
"Azərbaycanda dollar ucuzlaşa bilərmi" sualına V.Bayramovun cavabı belə olub: "Burda manatın məzənnəsinin dollara nisbətən dəyişməsindən söhbət gedir. O baxımdan manatın məzənnəsinin möhkəmlənməsi Mərkəzi Bankın pul-kredit siyasətinin istiqamətlərinə daxil deyil".
Onun fikrincə, ölkəyə daxil olan valyutanın həcminin artması fonunda manatın mövcud məzənnəsinin qorunub saxlanılmasının əsas səbəbi sterilizasiyadır: "Mərkəzi Banka daxil olan vəsaitlərin bir hissəsi aktiv olaraq saxlanılır, bazara daxil olmur. Mərkəzi Bank da mövcud məzənnə siyasəti çərçivəsində bazarda manat-dollar asılılığını qorumağa çalışır. Digər tərəfdən də, liberal məzənnə rejiminə keçid olmadığı üçün məzənnəni birbaşa Mərkəzi Bank müəyyənləşdirir".
"Əyalətmedia.az"

Xəbəri paylaş