Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

 
25-11-2024, 15:06            107 dəfə baxılıb
Azərbaycanda dövlət büdcəsinin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəsi zamanı bildirib.
O, qeyd edib ki, sənəd neft-qaz sektorundan gəlirlərin azalması fonunda qeyri-neft-qaz sektorunda davamlı artım təmin olunması nəzərə alınmaqla hazırlanıb, həm sosial ehtiyacların ödənilməsi, həm də iqtisadi dayanıqlılığın təmin olunmasına yönəlib.
“Büdcə gəlirləri və xərcləri düzgün proqnozlaşdırılıb. Qeyri-neft-qaz gəlirlərinin artması müsbət dinamika kimi qiymətləndirilir və proqnozlara görə, bu göstərici 2025-ci ildə büdcə gəlirlərinin yarısından çoxunu təşkil edəcək”, – deyə sədr qeyd edib.
V.Gülməmmədov dövlət boru ilə bağlı risklərə diqqət çəkib və deyib ki, fiskal dayanıqlılığın qorunması üçün əlavə tədbirlər görülməlidir.
“İşğaldan azad edilmiş ərazilərə yönəldilən investisiyalar ölkənin iqtisadi inkişafı və əhalinin sosial rifahı baxımından böyük əhəmiyyət daşıyır. Palata bu layihələrin effektivliyinin artırılmasını vacib hesab edir. Büdcənin şəffaflığının artırılması və maliyyə resurslarının səmərəli istifadəsi üçün müasir yanaşmaların tətbiqi zəruridir”, – deyə o əlavə edib.




Xəbəri paylaş


 
 


Xəbər lenti