Mərkəzi Bank 10 sığorta agentinin lisenziyasını ləğv edib

 
9-12-2024, 13:29            79 dəfə baxılıb
Mərkəzi Bank 2 hüquqi şəxsə və 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarını ləğv edib.
Bu barədə tənzimləyici qurum məlumat yayıb.
Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.2-ci maddəsinə müvafiq olaraq, lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 (iki) hüquqi şəxsə və 5 (beş) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən, 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısı:
Sığorta agentinin adıLisenziyanıntarixiLisenziyanın nömrəsiVÖEN
1Aslanov Emin Cahangir oğlu24.12.20140806261402867982
2Nəcəfova Cəmilə Mahal qızı15.01.20130008271502019352
3Tanrıverdiyev Elsevər Səlimxan oğlu14.10.20110004931701269112
4Axundov Əlihüseyin Cavad oğlu25.09.20090002606800470702
5Bağırov Elvin Eldar oğlu07.08.20150806911304161162
6Həsənov Tərlan Valeh oğlu18.08.20110004696500333332
7Mirzəyev Nemət Elçin oğlu12.01.2017SA-0032903448552
8Namazova Rəna Elməddin qızı21.07.20090002156600144722
9“AZPRO Consulting” MMC23.02.2023SA-02818700150811
10“Davood” MMC26.12.2018SA-01241903303771







Xəbəri paylaş


 
 


Xəbər lenti