“Metak” 20 min manat cərimələnə bilər – SƏBƏB
18-12-2024, 11:42 97 dəfə baxılıb
“Metak” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Metak” bu dəfə də İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
“Metak”la bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 27 dekabr tarixində hakim Gültəkin Əsədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Metak” MMC-nin direktoru Aydın Kərimovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbəri paylaş