“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri -Şirkət vergidən belə yayınır...
19-12-2024, 13:02 83 dəfə baxılıb
Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərin vergidən yayınmaqları adi hala çevrilib. Vergidən yayınan sahibkara qarşı Dövlət Vergi Xidməti son zamanlar ciddi işlər aparsa da, hələ də bu sahədə əsaslı dönüş yaranmayıb. "Kölgə iqtisadiyyatı"nın, vergidən ciddi yayınmanın üstünlük təşkil etdiyi sahələrdən biri səhiyyədir. Xüsusən dərman vasitələrinin pərakəndə satışını həyata keçirən bəzi şirkətlər vergidən külli-miqdarda vəsait yayındırırlar.
Əldə etdiyimiz məlumata görə vergidən yayınan şirkətlərdən biri də pərakəndə dərman satışı həyata keçirən "Saf Farma" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
"Saf Farma" MMC həyata keçirdiyi dərman satışlarını depo-mərkəzlərlə həyata keçirməklə yanaşı, eyni zamanda əl satışı da həyata keçirir.
Əsasən Bakı və ətraf ərazilərdə həyata keçirilən dərman satışı apteklərə fərqli qiymətlərlə təklif edilir.
Satılan dərman və preparatların sayı gizlədilir.
"Saf Farma" şirkətinin apteklərə verilən dərman vasitələrində resept və reseptsiz satış üçün fərqli qiymətlərin olduğu bildirilir.
Şirkətin "əldən satış"dan qazandığı vəsaitlər depo satışından daha çoxdur. Lakin bu vəsaitlər dövriyyədən gizlədilir.
Qeyd edək ki, "Saf Farma" şirkəti 2013-cü ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 20 manat, hüquqi ünvanı isə Yasamal rayonu, Bəsti Bağırova ev 14, mənzil 12 ünvanıdır.
Şirkətin qanuni təmsilçisi Xudiyev Azər İbrahim oğludur.
Xatırladaq ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” 5 aprel 2016-cı il tarixli 5 nömrəli qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdansatış və pərakəndə satış qiymətləri ƏDV ilə təsdiq edilib. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri ƏDV ilə birlikdə təsdiq edildiyindən dərman vasitələrinin pərakəndə satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Həmin şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaqla ƏDV-nin və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər.(azfakt.com)

Xəbəri paylaş