Suraxanı İH “Koneks Construction”la 222 minə anlaşdı
20-12-2024, 12:16 89 dəfə baxılıb
Surxanı rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfat Birliyi tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, MKTB abadlıq işlərin satınalınmasını həyata keçirib.
Bununla əlaqdar “KONEKS CONSTRUCTİON” MMC ilə satınalma müqaviləsi bağlanılıb. Suraxanı İcra Hakimiyyəti sözügedən işlərin görülməsi üçşün şirkətə 222.562,36 manat ödəyəcək.
Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur.
Maraqlıdır ki, bu şirkət tikinti sektorunun “aparıcı qüvvəsi” kimi təqdim ediləs də, əsasən xüsusi geyimlərin satışı ilə ad çıxarıb. Üstəlik, bu şirkət lazım gəldikdə asfalt da çəkir, bina da tikir, hətta təsərrüfat malları da satır. Elə bu səbəbdəndir ki, açıq mənbələrdə Xətai rayon MKTB –nin “Koneks Constructions” MMC ilə satınalma müqaviləsində də bu əskini tapıb. Belə ki, maliyyə dəyəri 80 499.6 AZN olan müqavilədə yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.

Xəbəri paylaş