Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ

 
Dünən, 11:55            86 dəfə baxılıb
Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ““Mədəniyyət mərkəzi” binasının əsaslı təmir işləri” tenderinin nəticələrini elan edib.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Arsenal Construction and Engineering” MMC olub.

Qalib şirkətlə 6 196 251 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Arsenal Construction and Engineering” MMC-nin nizamnamə kapitalı 10 AZN təşkil edir və şirkətin qanuni təmsilçisi Rəşad Kərimov Eldar oğludur.



Xəbəri paylaş


 
 


Xəbər lenti