Natiq Cəfərli: Necə olur ki, ilk yeri SOCAR, ikinci yeri SOCAR Polymer tutur?

 
Dünən, 11:33            61 dəfə baxılıb
2024-cü ildə qeyri-neft ixracında lider şirkət ixrac əməliyyatlarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci yer tutub. Yaxşı, bəs ikinci yeri hansı şirkət tutub, “təsadüfə” baxın da, yenə neft şirkətinə bağlı “SOCAR Polymer” MMC.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli paylaşıb.
“Vəziyyət belədir, yəni, bizdə hansısa kreterlərə görə, neft sektoru ancaq xam neft-qaz çıxardıb-satanlar sayılır, halbuki, bu bölgü doğru deyil, amma, hətta hökumətin belə yanaşması ilə də keçən il neft sektoru, ümumi ixracımızın 88%-i təşkil edib. SOCAR-ın digər törəmə şirkətlərinin ixarac mallarını da saysaq, bu rəqəm 92%-ə yaxınlaşır. Faciəvi rəqəmlərdir”- deyə, o bildirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti