32 milyon mənfəəti olan məşhur şirkətin 161 min borcu var



Musavat.com xəbər verir ki, məşhur şirkətin vergiyə 161 min manat borcu var.
Maraqlıdır ki, şirkət 2023-cü ili 32 milyon 729 min manat mənfəətlə başa vurub. 2022-ci ildə isə MMC-nin mənfəəti 8 milyon 868 min manat olub.
Şirkətin 2023-cü ildəki maliyyə hesabatına görə, “North West Construction” MMC-nin əsas əməliyyat gəlirləri 415 milyon 988 min manat, müqavilə xərcləri və satışın maya dəyəri 362 milyon 778 min manat (53% çox), ümumi gəlirləri 53 milyon 210 min manat (51% çox) təşkil edib. Ümumi və inzibati xərcləri 11 milyon manatdan 10 milyon 856 min manata düşüb.
Şirkət 2007-ci ildən təsis edilib. “North West Construction” həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə inşaat və mühəndislik sahələrində xidmət göstərir.
Xəbəri paylaş