Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4 % artırıb
19-07-2022, 11:28
Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 678,7 milyon ABŞ dolları təşkil edib.“Əyalətmedia.az” xəbər verir ki, bunun 86 %-i və yaxud 45 306,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 371,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 118,5 milyon dollar və yaxud 4,2 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 201,9 milyon dollar və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.
Xəbəri paylaş



























