"Azərenerji" 3,5 milyon manatlıq 4 tenderə yekun vurub

 
20-07-2022, 11:30            85 dəfə baxılıb
"Azərenerji" ASC müxtəlif növ elektrik mallarının (1), xromotoqraf və yağların alışma temperaturunu ölçmə cihazının (2), müxtəlif növ kimyəvi maddələrin (3) və informasiya texnologiya avadanlıqlarına xidmətin (4) satın alınması ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.
"Əyalətmedia.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Electro Service" QSC (1-2-ci tenderlər), "Aqualink" və "Mix Pro" MMC-lərdir (3-4-cü tenderlər).
Qalib şirkətlərə müvafiq olaraq 2,277 milyon manat, 315 min manat, 749 min manat və 163 min manat, ümumilikdə isə 3,504 milyon manat ödəniləcək.



Xəbəri paylaş


 
 


Xəbər lenti