Ukrayna Milli Bankı devalvasiyaya getməli olub

 
21-07-2022, 13:22            99 dəfə baxılıb
Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.
“Əyalətmedia.a” UNIAN-a istinadən xəbər verir ki, Amerika valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb.
Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir.
"Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq", - deyə UMB-nin açıqlamasında qeyd olunub. 



Xəbəri paylaş


 
 


Xəbər lenti