Nərimanovda daha bir qanunsuz tikili – VİDEO
20-06-2025, 13:30
Nərimanovda obyektə qanunsuz mərtəbə artırılır. Komitə bazasında isə qeydə alınmayıb.Tribunainfo.az xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən bir obyektin üzərinə qanunsuz olaraq ikinci mərtəbənin əlavə edilib.
Məlumata görə, tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi bazasında heç bir qeyd yoxdur.
İddialara əsasən, sözügedən tikinti Nərimanov Rayon İcra Hakimiyyətinin razılığı ilə həyata keçirilib. Lakin bununla bağlı hüquqi əsasın olub-olmadığı dəqiq bilinmir.
Hazırda bu tikinti fəaliyyəti ictimaiyyət arasında narahatlıq doğurur və məsələ ilə bağlı rəsmi qurumların mövqeyi gözlənilir.
Aidiyyəti qurumların açıqlamalarını dərc etməyə hazırıq.
Xəbəri paylaş



























