Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur –VİDEO
25-06-2025, 12:22

Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin haqqını sabit tariflə ödəyəcəklər.
Nazir müavininin sözlərinə görə, həmin iki mənzildə yaşamayanlar da ayda bir sabit tarifi ödəyəcəklər. Yəni, yaşadın-yaşamadın, ödəməlisən. Samir müəllim demək istəyir ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiz, işlətmədiz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz. Nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir. İşıq və qazda limitlərin ləğv edilməsi gözlənilən məqamda belə qərarın verilməsi siyasi sabotaj sayıla bilər. İnfrastruktur üçün vəsait daha çox dövlət büdcəsindən ayrılır və bizim vergiləri hesabına da o infrastruktur çəkilir. Belə çıxır ki, kimsə mağaza tikir, ora infrastruktur qurur, ora pul xərcləyir. Mağazaya kimsə daxil olur və heçnə almasa da mağazadan çıxanda pul ödəməlidir? Samir Vəliyevin məntiqinə əhsən!(cumhuriyyet.az)
Xəbəri paylaş



























