Baba Rzayevin "SƏXAVƏT"li kadrı
26-08-2022, 13:18
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara və dəyişikliklərə baxmayaraq hələ də, müəyyən təşkilatlarda kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar davam edir. Kadr siyasəti hər bir müəssisədə şəxsi heyətin idarə edilməsi vəzifəsidir."Yaradıcı enerjiyə malik olan intellektualların sayının artması,gənc kadrların aparıcı postlara təyinatı Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaran əsas amillərdəndir. Əslində, bu deyilənlər ilk növbədə aparıcı təşkilatlarda rəhbər vəzifədə çalışanlara şamil edilməlidir. Çünki rəhbər şəxs dövlət idarəçiliyinin başlıca komponentlərindən birini təşkil edir və inkişaf proseslərinin avanqardı kimi çıxış edir. Amma çox təəssüflər olsun ki,bəzi təşkilatlar bürokratik üsul idarəsindən nəinki əl çəkmək istəmir,hətta o sahəni daha da inkişaf etdirmək iddiasından geri çəkilmək belə fikrində deyillər.Belə sahələrdən biri də Azərenerji sahəsidir.Belə ki Baba Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunandan sonra “Azərişıq”da böyük vəzifəyə getmək istəyənlərin sayı heç də az olmadı. Onlardan biri kimi iyirmi ildən çox “Azərişıq” Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsində işləmiş Səxavət Səlimov oldu.Mediatv.az-a verilən məlumata görə Səxavət Səlimov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsində çalışdığı müddətdə kifayət qədər kapital toplaya bilib və bunun nəticəsi olaraq geniş biznes şəbəkəsi qurub. Qəribədir ki, Baba Rzayev bütün bunları bilə-bilə Səlimova necə daha yüksək vəzifəni etibar edib.Ölkəmizdə gəncləşmə siyasəti getdiyi bir halda Səxavət Səlimovu əvəz edə biləcək bir gənc kadr yoxdurmu?Bəs görəsənSəxavət Səlimov bu qədət kapitala necə sahib olub?Mediatv.az-a daxil olmuş məlumatda deyilir ki, bu qədər böyük kapitalı Səlimov idarəyə ayrılan yanacaq, sürtgü yağları, şin və başqa ehtiyat hissələrini “səmərəli və təyinatı üzrə silməklə”,eləcə də kotirovka və tender müqavilələrini istədiyi firma ilə bağlamaqla qazanıb.
Səlimov kotirovka və tender müqavilələrini bu sahədə ixtisaslaşmış şirkətlərə deyil, “centlmen sövdələşməsi” ilə yetərincə bazası olmayan firmalara verir.“Satınalmalar haqqında” AR Qanununa zidd olaraq, tenderlərdə təcrübəsiz, maliyyə imkanları məhdud, vergi borcları olan təsadüfi firmalar qalib çıxarılır.Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən, AzərEnerji Tender Komissiyasının üzvləri məgər bunları görmürmü?Necə ola bilər ki eyni şəxs müxtəlif firmalar adıyla tenderin qalibi ola bilərlər?Redaksiyamıza daxil olan məlumata görə Səxavət Səlimovun “AzərEnerji”dəki tender və kotirovkalarından bir qayda olaraq “qalib” çıxan “Marketinq və Servis Müəssisəsi” MMC ilə və həmin MMC-nin qanuni təmsilçisi Fikrət Səlimovdur.
Araşdırmamız davam edir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Xəbəri paylaş



























