Yardımlı icra hakimiyyəti yüz minləri bu şirkətə VERDİ

 
29-08-2022, 13:42            227 dəfə baxılıb
Yardımlı Rayon İcra Hakimiyyəti Yardımlı şəhərində bir neçə yolun təmiri üzrə tenderin qalibini açıqlayıb.
Əyalətmedia.az FED.az-a istinadla xəbər verir ki, 754 726 manatlıq tenderin qalibi Yuzar İnşaat MMC-dir.

Tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, tenderlə Yardımlı şəhəri Daşkənd küçəsində avtomobil yolunun təmiri ( L=3,3km) , H Əliyev küçəsində avtomobil yolunun təmiri (Qəbiristanlığın altı L= 0.2 km), Bozayran İƏD-nin Bozayran kəndində avtomobil yolunun təmiri (çay yolu L=0,4km), Yardımlı şəhəri Şəhid Elçin Mansurov küçəsində avtomobil yolununun təmiri (L=0,5km), Yardımlı şəhər İƏD-nin V.Məmmədov küçəsində avtomobil yolunda istinad divarlarının təmiri üzrə işlər görüləcək.






Xəbəri paylaş


 
 


Xəbər lenti