Milyonluq tender udan şirkətin külli miqdarda borcu var

 
22-01-2026, 11:27           
Dövlət Sərhəd Xidmətinin milyonluq tenderləri ilə gündəmə gələn "Master-Ofis" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu var. 
Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə 1307352.53 AZN vergi borcu var. 


Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan "Master-Ofis" MMC-nin qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğludur. Şirkət hazırda passiv vergi ödəyiciləri siyahısına daxil edilib. 

Xatırladaq ki, "Master-Ofis"  MMC dəfələrlə Dövlət Sərhəd Xidməti və digər dövlət qrumlarının milyonluq tender layihələrinin qalibi olub.




Xəbəri paylaş


 
 


Xəbər lenti