"Azərbaycan Reallığı" xəbər verir ki, Clarus.academy şirkətinin rəhbəri Elçin Kərimov saxta sənədlərlə həqiqi hərbi xidmətdən yayınmaqla məşğuldur. Belə ki, ilk əvvəl xəstəlik adı ilə hərbi xidmətdən yayınan Elçin Kərimov sonuncu həkim komisiyasında sağlam olduğu üzə çıxdıqdan sonra başqa yollara əl atıb.
Məlumata görə Elçin Kərimov bir günün içində Türkiyə dövlətində heç kəsin tanımadığı universitetlərdən birinə əyani magistraturaya qəbul olunaraq hərbi xidmətdən yayınmağı bacarıb. Maraqlı məqam isə Elçin Kərimovun təhsil aldığı müddətdə bir dəfə də olsun Türkiyəyə getməməsidir.
Bu isə Elçin Kərimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsinə təqdim etdiyi magistraturaya qəbul sənədini şübhə altına alır.
Bütün bunlar isə Elçin Kərimovla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsində qeyri-müəyyənlik yaradır. Ya Kürdəmir şöbəsi Elçin Kərimovun hərbi xidmətdən yayınmasına yardım edir, ya da həmin şəxslə bağlı normal araşdırma aparılmayıb.
Qeyd: Mənbə sayt xəbəri sonradan silib. Mövzu ilə bağlı rəsmi təkzib və ya açıqlama verilərsə, dərc ediləcək.

26-01-2026, 14:16 

























