Lənkəranda məmurların KORRUPSİYASI - Təsadüfən İFŞA OLUNDU
2-09-2022, 10:36
Lənkəranda məmurların korrupsiyası sırf təsadüfən ifşa olunub. Əyalətmedia.az bildirir ki, bu olay Lənkəran rayon sakini Namiq Babayevin iş üçün müraciət etməsi nəticəsində ortaya çıxıb.Narazı vətəndaş bildirir ki, yaşadığı ərazidə yol-tikinti idarəsində günəmuzd işləyib və hər gün 5-10 manat pul alıb. Sonradan isə, yəni iki ay sonra iş üçün məşğulluq idarəsinə müraciət etdikdə onun adına kart açıldığını, maaşının mənimsənildiyini müəyyən edib.
Əyalətmedia.az narazı vətəndaşın gileyini diqqətə çatdırır: "İş üçün müraciət edəndə bildim ki, mənim adıma kart açılıb, pul mənimsəyirlər".
N.Babayev məsələ ilə bağlı Baş Prokurordan kömək istəyir.
Daha ətraflı aşağıdakı videoda:
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Xəbəri paylaş



























