Yazdığımız təsdiqini tapdı - "Təməl Tikinti" MMC xeyli sayda işçini əmək müqaviləsiz çalışdırıb

 
13-03-2026, 13:11           



İşğaldan azad edilmiş Ağdərə rayonunun Kolatağ kəndində xeyli sayda işçini əmək müqaviləsiz işlədən "Təməl Tikinti" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib. 
 
Qaynarinfo-nun məlumatına görə, MMC-nin Kamal Əliyev adlı əməkdaşının fəaliyyət göstərdiyi iş yerində olarkən öz ehtiyatsızlığından xəsarət aldığı məlum olub. 
 
Sözügedən iş üzrə Xocalı rayon prokurorluğunda aparılan araşdırma zamanı "Təməl Tikinti" MMC-də xeyli sayda işçinin əmək müqaviləsi olmadan işlədilməsi faktı aşarlanıb. Nəticədə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 
Şirkətin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırverdi oğlu bir çox hallarda MMC-də işləmək istəyən şəxslər işə başlamazdan əvvəl iş yerinə gəlib iş şəraiti, şərtləri ilə tanış olduqdan sonra əmək müqaviləsi bağlandığını deyib. 
Məhkəmənin hökmü ilə şirkətin qanuni təmsilçisi Bəylər Abdullayev 20.000 manat məbləğində cərimə edilib. 
 
Qeyd edək ki, Əyalətmedia.az hələ 2024-cü ildə "Təməl Tikinti" Məhdud Məhsuliyyətl Cəmiyyətinin Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti  ilə daim işbirliyində olduğu barədə məlumat yaymışdı.
 
Xatırladaq ki, Sözügedən qurum "TƏMƏL TİKİNTİ"  Məhdud Məsuliyyətli Cəmiyyətilə isə 2021-2024-cü illərdə Şamaxı, Şabran, Ağsu, İsmayıllı, Astara, Lerik, Yevlax rayonlarında fərdi yaşayış evlərinin tikintisindən tutmuş, artezian quyusunun qazılması işlərinə qədər 20 açıq tenderin qalibi olub. Onlardan 10 satınalma müqaviləsi 2024-cü ilin 9 ayı ərzində bağlanılıb.
 
2025-ci ildə isə "TƏMƏL TİKİNTİ" MMC Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə rayonlarında fərdi yaşayış evlərinin tikintisindən tutmuş, artezian quyusunun qazılması işlərinə qədər ümumi dəyəri 2 024 958 manat olan 5, "Xankəndi şəhərində,  Ağdərə və Xocalı rayonlarında Bərpa,  Tikinti və İdarəetmə Xidməti” PHŞ ilə ümumi dəyəri 3 114 079 manat olan 3 satınalma müqavilələri bağlayıb. 
 
Çox güman ki, MMC-nin Kamal Əliyev adlı əməkdaşının fəaliyyət göstərdiyi iş yeri məhz elə "Xankəndi şəhərində,  Ağdərə və Xocalı rayonlarında Bərpa,  Tikinti və İdarəetmə Xidməti” PHŞ ilə bağlanılan müqavilənin icrası zamanı baş verib. 
Hələ 2024-cü ildə biz yazmışdıq ki, Bu MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı üzrə, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar), satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə, nəqliyyat vasitələri və xüsusi texnikaları varmı, sual altındadır. 
 Bu gün isə yazdıqlarımızın dəqiq olduğu təsdiqini tapdı. "Təməl Tikinti" MMC-nin xeyli sayda işçini əmək müqaviləsiz işlətdiyi məlum oldu. 
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "TƏMƏL TİKİNTİ" (VÖEN:1006377091) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.02.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev 11, m. 83, qanuni təmsilçisi kimi isə Abdullayev Bəylər Tanrıverdi oğlu qeyd olunub.
 
Qeyd edək ki, "Təməl Tikinti" MMC-nin qanuni təmsilçisi Abdullayev Bəylər Tanrıverdi oğlu bununla yanaşı başqa bir MMC-nin də qanuni təmsilçisidir. Bu “Hidroqazma” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti yalnız bu MMC ilə 2021-2024-cü illərdə ümumi dəyəri 6 559 966 manat olan 7 satınalma müqaviləsi bağlayıb. 
 
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Hidroqazma” (VÖEN:1005178991) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.01.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev 11, m. 83, qanuni təmsilçisi kimi isə Abdullayev Bəylər Tanrıverdi oğlu qeyd olunub.
 
Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından da göründüyü kimi MMC-nin ikisi də Abdullayev Bəylər Tanrıverdi oğluna məxsusdu. Qeyd edək ki, Bəylər Abdullayevin Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova bağlı yaxın bir şəxsdir. Məhz bu səbəbdən də Cəbrayıl Xanlarov sözügedən MMC-lərin hesabına bir çox rayonlarında qəzalı evlərin təmir, bərpası, fərdi yaşayış evlərinin tikintisi adı altında milyonlarla manat vəsait köçirib.

 
Əyalətmedia.az



Xəbəri paylaş


 
 


Xəbər lenti