Şəki Elektrik Şəbəkəsinin işçiləri saxta sayğacı vətəndaşın obyektinə neçəyə quraşdırıb -ŞİKAYƏT

 
12-04-2026, 12:27           
Şəki rayonu, Baş Göynük kəndində yaşayan sahibkar Xəlfətov Rəhman Zaməddin  oğlu tərəfindən Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova, “Azərişıq” ASC rəhbərliyinə, və “Şimal-Qərb” RETSİ-in rəisinə və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə və ictimailəşdirilməsi məqsədi ilə Şəki İşıq İdarəsi vəzifəlilərinin 7000 manat pul müqabilində ona məxsus aptekə verdikləri saxta sayğacın öz adına olan sayğacla əvəzlənməsi və ya verdiyi pulun geri qaytarılması barədə şikayət ünvanlanıb.
 Çox hörmətli cənab Prezident İlham Əliyev, Siz həmişə rəsmi çıxışlarınız zamanı biz sahibkarlara diqqət və qayğı göstərilməsi tələbilə yerli məmurlara göstəriş vermiş, yersiz müdaxilə və yoxlamaların dayandırılmasını tapşırmısınız. Lakin çox təssüflər olsun ki, yerli işıq idarəsi məmurları yüz oyundan çıxaraq biz sahibkarları süründürməçilə salır, iş görməyimizə maneçilik yaradırlar. Belə ki, mən pay torpağımda və icarəyə götürdüyüm 10 ha torpaq sahəsində tütün əkib onu qurutmaq üçün avadanlıq quraşdırmışdım. Bunun üçün elektrik xətti və 3 fazalı sayğac lazım idi. Sifariş vermişdim. Lakin Şəki İşıq İdarəsində mənim adıma abunə kodu olan sayğac idarənin daxilində yoxa çıxdığını bildirib onun əvəzində Aşağı Göynük kəndində aptekə məxsus olan başqa bir sayğacı avadanlığıma qoymaq üçün 2024-cü ilin axırında 7000 manat pul istədilər. Məcbur olub həm sayğac , həm də sənədləşmə üçün tələb etdikləri 7000 manat pulun 4000 manatını ortağım olan Vəliyev Səbuhi Ələməzxan oğlu vasitəsilə Şəki İİ-nın daxilində rəis müavini olan Bağırov İntiqamın yanında Seyidov Vaqifin şahidliyilə Söhrab müəllimə verilmişdir. Bundan bir neçə ay sonra isə( 2025-ci il əvvəlində) qalan 3000 manat pulu Vəliyev Səbuhi, atam Xəlfətov Zaməddinin şahidliyi ilə Və Bağırov İntiqam olmaqla Söhraba otaqda vermişik. Xatırladım ki, mən bu pulu bankdan kredit götürüb vermişdim.
Sayğacı gətirib mənim avadanlığımda quraşdırdılar. Lakin işlədən zaman onun tütün qurutma üçün gücü çatmadı. Yəni zəif olduğuna görə elektrik tez tez kəsildi. Beləliklə yaş tütün qurumadı və hamısı xarab oldu. Nəticədə 35 000 manat ziyana düşdüm. Hazırda borc içindəyəm. Buna qədər isə bu sayğacın sənədləşməsi üçün ASAN xidmətinə gedən də mənə əməkdaş bildirdi ki, bu başqa yerin sayğacıdır və o sənin ərazindəki transformatordan qidalanması üçün nəzərdə tutulmayıb. Normal işləməyəcək. Mən öz adıma olan 552040441163005 abonent koduma ilkin olaraq 100 manat yüklədim. Lakin gördüm ki, işlətmək istədiyim sayğacda bu görünmədi. Mən bildim ki, İşıq İdarəsi məni aldadıb və bu sayğacı mənim adıma sənədləşdirməyiblər. Sadəcə formal olaraq işlətmək üçün qoyub gediblər. Ona görə də sabahı gün gəlib məni saxta sayğaca görə cərimə edilməyimdən narahat olaraq işi tam dayandırdım. Və 1 ildən çoxdur ki, hər dəfə ya qəbula gedib, ya da telefonla zəng edib İşıq İdarəsi səlahiyyətlisi Şərəf müəllimlə danışıram və xahiş edirəm ki, gəlib qoyduqları saxta sayğacı götürsünlər. və Mənim öz adıma olan sayğacı gətirib quraşdırsınlar Bunu edə bilmirlərsə verdiyim 7000 manat pulu qaytarsınlar. O da son dəfə 07 mart və 31 mart tarixlərində olan zəng danışıqlarında söz vermişdir ki, düzələr. Başqa sayğac qoyarıq vədi  verib vaxt uzadırdı. Sonra tələb etdim ki, mən kredit ödəyirəm 7000 manatı qaytarın vəssəlam İndi son danışıqda söz vermişdi ki, 10 günə qaytararıq. Amma 10 manat da olsa qaytarmayırlar. Yəni dələduzluq edirlər.
Cənab Prezident və Baş Prokuror Sizdən Xahiş edirəm Şəki İşıq İdarəsinin vəzifəli şəxslərinə obyektimə 3 fazalı sayğac quraşdırlması üçün verdiyim, Lakin hansısa saxta və zəif sayğac quraşdıran yarasız sayğacın ( aptek adına olan) geri qaytarılaraq verdiyim pulların mənə verilməsinə köməklik göstərməyinizi xahiş edirəm. Sağ olun.
 
Aktualinfo.net
 


 
P.S.  Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcik və yaxın gönlərdə daha ətraflı məlumat verəcik.
Qeyd edək ki, Şəki Elektrik Şəbəkəsi (İşıq İdarəsi) “Azərişıq” ASC-nin “Şimal-Qərb” Reğional Enerji Təchizatı və Satışı İdarəsinə tabedir. İdarə Şəki şəhəri, Oğuz yolu 36 ünvanında yerləşir və istehlakçılara elektrik enerjisinin verilməsi, satışı və texniki xidmət göstərilməsini təmin edir.




Xəbəri paylaş


 
 


Xəbər lenti