SAXTA BİOQRAFİYALI NAZİR...
7-09-2022, 14:14 86 dəfə baxılıb
Tez-tez Qərb və Şərq təhsil sistemlərini müqayisə edəndə təhsili idarə edənlərin və müəllimlərin bioqrafiyasını da önə çəkirik. Təhsil sistemi inkişaf etmiş ölkələrdə təhsilə cavabdeh şəxslərin bioqrafiyaları örnək olmalıdır.
Müəllimlərin də bioqrafiyasındakı kiçik bir yanlışlıq bu peşədə qəbulolunmazdır. Görün, bizdə nə baş verir...
Sıravi müəllimləri bir kənara qoyaq, bizim ölkəmizdə təhsil naziri öz bioqrafiyasını saxtalaşdırıb!
Bunu görmək üçün uzağa getmək lazım deyil, Elm və Təhsil Nazirliyinin saytına baxmaq kifayətdir. Saytda yazılır: “Elm və təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib...
Əmrullayev Macarıstandakı universitetin nə adını, nə oxuduğu illəri, nə də ixtisasının adını çəkmir. Nazir olan şəxs bu qədər saxtakarlığa imza atırsa, onda müəllimdən, kollec direktorundan, rektordan nə tələb etmək olar?...
Emin Əmrullayev Macarıstanda Corc Sorosun Mərkəzi Avropa Universitetində magistr təhsili alıb. Özü də Sorosun böyük maliyyə dəstəyi ilə.
İkincisi, insan nə üçün ikinci aldığı təhsili birincidən önə çəksin? “Bundan əlavə” sözlərini işlətməklə.
Elə bu səbəbdən də bütün ətrafını sorosçular və fetoçularla doldurub. Elə bunu tərifləyənlər də onlardır...
Məqsəd ölkə təhsilini tənəzzülə uğratmaqdır.
Muxtar İsayev

Xəbəri paylaş