Gəncədə rəis öz əməkdaşını döyüb? - QALMAQAL

 
8-09-2022, 13:36            84 dəfə baxılıb
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ( DANX) Gəncə Regional Şöbəsində rəislə əməkdaş arasında insident baş verib.

Əyalətmedia.az xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına DANX-ın Gəncə Regional Şöbəsinin əməkdaşı Birakşani Şamxal Elxan oğlunun özü danışıb.
Şikayətçi bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus “1 Saylı Gəncə Regional Nəqliyyat” MMC-nin direktoru Müzadil Həsənov tərəfindən fiziki zorakılığa məruz qalıb.

Belə ki, bu gün 13-30 iradələrində rəis M.Həsənov onu iş otağına çagıraraq tabeçiliyində olan avtomobili təhvil verilməsini tələb edib.

Birakşami Şamxal isə şöbə rəisindən nə səbəb görə maşının təhvil verilməsini soruşub.M.Həsənov isə ona bildirib ki, sizinlə yeni müqavilə bağlamayacam onun üçündə avtomobili təhxil verməlisiniz.Əməkdaş rəisə təkidlə bildirib ki, bu maşını keçmiş rəisə 1500 manat pul verərək yenicə götürmüşəm. Hələ də borc içində boğulduğunu və himayəsində 2 azyaşlı övladları olduğunu bildirsədə nəticəsi olmayıb.Əksinə DANX- ın rəisi əyləşdiyi stoldan qəflətən qalxıb Şamxal Elxan oğlunun mədəsinə və bədənin müxtəlif nahiyyələrinə bir neçə zərbə endirərək əməkdaşdan tələb etdiyi avtomobilin açarlarını zorla alıb.Məhz bundan sonra səhhəti ağırlaşan Birakşami Şamxal Gəncə Regional Şöbəsinin inzibati binasında yerə yıxılmışdır.Hadisə yerinə Gəncə şəhər Baş polis İdarəsinin əməkdaşları eləcə də Gəncə Təcili Tibbi yardım stansiyasının həkimləri gəlmişdir.

Fiziki zorakılığa məruz qalan DANX-ın Gəncə Regional Şöbəsinin əməkdaşı isə hazırda A.Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalarımız davam edir.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Döyülən şəxsin videoşikayətini təqdim edirik:



0



Xəbəri paylaş


 
 


Xəbər lenti