İki katibə saxlayan idarə rəisi Qarabağ Qazisinin atasın niyə qəbul etmir?-VİDEO
20-09-2022, 11:46 119 dəfə baxılıb
Məlum olduğu kimi, “Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə aparılan islahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndəliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il əksər rayonlarda rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan idarələr ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib.
Sabirabadda da Meliorasiya İdarəsi ləğv edilərək Suvarma Sistemləri İdarəsinin tabeliyinə verildi. Beləliklə, Şafiq Heydərovun külli-ixtiyarı daha da genişləndi. Heydərov elə ilk başlanğıcda həm SSİ-nin, həm də ləğv olunmuş Meliorasiya İdarəsinin köhnə işçilərini müxtəlif bəhanələrlə işdən azad eləməyə, öz qohum-əqrəbası ilə əvəzləməyə qərar verdi.
Əyalətmedia.az saytı redaksiyasına daxil olmuş məlumata görə, Sabirabad SSİ-nin rəisi stajlı, təcrübəli işçiləri hətta özlərinin xəbərləri belə olmadan işdən çıxarır, onlar xəbər tutuncayadək işlədikləri ayların məvacibini də vermir. Hüquqları pozulan işçilər haqqlarını tələb etmək üçün Şafiq Heydərovun kabinetinə qəbul üçün gələndə onların qarşısını bir deyil, ərəbzəngi kimi iki katibə kəsir. Başqa rəislərdən fərqli olaraq iki katibə saxlayan Şafiq Heydərovun xüsusilə sonradan gətirdiyi yaşca cavan olanına külli-ixtiyar (qəbula gələnlərin üstünə çəmkirmək imtiyazı) verdiyi deyilir. İdarənin ştat cədvəlində eynən Şafiq Heydərov kimi, kadrlar şöbəsinin müdiri Mustafanın da işə çıxmayan, maaş kartlarını özündə saxladığı qohum-əqrəbasının adları getdiyindən, o da haqqını tələb edən işçilərə qənim kəsilib. Sabirabad rayon prokurorluğunda Şafiq Heydərov tərəfindən hüquqpozmalara məruz qalan xeyli şəxsin şikayəti “araşdırılır”. Özü də Prezident Administrasiyasından, Baş Prokurorluqdan yönləndirilmiş həmin şikayətlərin müəllifləri arasında Vətən müharibəsi qazilərinin ailə üzvləri, valideynləri də var. Görünən odur ki, hüquq-mühafizə orqanlarının da havadarı güclü olan Şafiq Heydərova gücləri çatmır.
Şafiq Heydərovun qol qoyduğu qanunsuzluqlar hesabına əldə etdiyi nəhəng haram kapital onun özünün və yaxınlarının cəmiyyət içində davranışlarına da mənfi rənglər qatıb; belə ki, rəisin özünün alkoqol düşkünü olduğu, içdiyi arağın iyinin kənardan hiss edildiyi, oğlunun isə narkotik maddə olan patı istifadə etdiyi üçün işinin polisə düşdüyü, hansı yollasa məsuliyyətdən qurtulduğu bildirilir.Mediatv.az-a verilən məlumata görə Şafiq Heydərov ştat cədvəlini öz istədiyi kimi də “optimalllaşdırır”
Bu gün cənab Prezidentimiz əhalinin məşğulluğunun təmin edilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırır, bu məqsədlə sosial proqramlar həyata keçirilir. Şafiq Heydərov kimi məmurlar isə dövlət başçısının bu müstəvidə qərarlarını, tapşırıqlarını görməzdən gəlir, sosial ədaləti pozaraq haram kapitallarını, topdağıtmaz sərvətlərini artırır, haqlı insanların payını öz qohumlarına və katibələrinə yedirirlər. Yenə də ümid edirik ki, yuxarı instansiya, bizim misalda “Meliorasiya və Su Təsərrüfatı” ASC Sabirabad SSİ-də baş verən qanunsuzluqları ətraflı araşdıracaq və təqsirkar vəzifəli şəxslərin barəsində ölçü götürülməsini təmin edəcək.
Fuad

Xəbəri paylaş