Asif Əsgərovun oğlunun icarəyə verdiyi “Park Kafe”yə dövlət müfəttişləri niyə yaxın düşə bilmirlər

 
27-09-2022, 14:16            124 dəfə baxılıb

16 ildən çoxdur ki, müxtəlif rayonlara başçılıq edən Asif Əsgərovun adı mətbuatda korrupsiya, məmur özbaşınalığı, “yaşıl soyqırım”dan başlayaraq seçki saxtakarlığına qədər ən müxtəlif qalmaqallarda hallanıb.

Asif Əsgərov istər Zaqatala, istər Səbail, istərsə də Nəsimi rayonuna rəhbərlik etdiyi dövrdə bsarəsində yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıb. Yeri gəlmişkən, Asif Əsgərovvətəndaşların hamısına “bir gözlə baxır” – onun üçün hamı potensial rüşvət ödəyicisidir. Alim olsun, deputat olsun, sahibkar olsun, adi fəhlə olsun – fərq eləməz, heş kəsə güzəşt edən deyil.

Bir müddət öncə mətbuatda “Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oğlu İskəndərovun şikayəti yayıldı. Qafar İskəndərov ölkə rəhbərliyinə ünvanladığı, mətbuatda ictimailəşdirdiyi müraciətində bildirirdi ki, icra başçısı Asif Əsgərovun tikinti şirkətlərinə ayirdığı hər bir sahə üçün 1000 000 (bir milyon) manat, təkcə “Regal” MTK şirkətindən 3 000 000 (üç milyon) manat almışdır. Nəsimi rayonunda isə onlarla bu cür tikinti şirkəti fəaliyyət göstərir…

Asif Əsgərovun ən çox mətbuatda adının çəkiləməsində oğlunun “avtoş”luğunun da böyük rolu olub. Xatırladaq ki, bir neçə il öncə Asif Əsgərov Səbail RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.

Media üzərindən yayılan xəbərlərə görə, 2019-cu ilin dekabrda keçirilən bələdiyyə, fevralda keçirilən parlament seçkilərində də A.Əsgərovun adı saxtakarlıqlara qarışmışdı. Başçının bəzi namizədlərin nəfinə səfərbər etdiyi adamlar min hoqqadan çıxmışdılar.

Hərçənd, Asif Əsgərov Nərimanov rayonundan legitim seçilən deputat Adil Əliyevə qarşı başqa cür davranmışdı. Deputat Adil Əliyevdin ondan rüşvət istənilməsi barədə iddiası mediada ciddi rezonans doğurdu.

“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?” – deyən millət vəkili Adil Əliyev özünün Salatın Əsgərova 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib.

İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”– deyə deputata ismarıc göndərmişdi. Qeyd edək ki, Salatın Əsgərova küçəsi isə əsasən Nəsimi rayonunun ərazisidir.

Asif Əsgərovun adının ən çox hallanmasına digər səbəb isə Nəsimi rayonunda yaşıllıqların məhvi ilə gündəmə gəlmiş icra başçısı olmasıdır. Belə ki, rayonun bir çox ərazilərindəki ağaclar mütəmadi kəsilir və yerində müxtəlif mərtəbəli binalar, digər təyinatlı obyektlər inşa olunur. Bunun üçün ilk növbədə ərazilər hasara alınır və az sonra da lazımi addımlar atılır. Diqqətlə baxdıqda onu müəyyən etmək olur ki, bu gün rayonun ərazisindəki yaşıllıqlardan heç bir əsər-əlamət qalmayıb. Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Redaksiyamıza bu barədə bu günlərdə məlumat daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədilə çəkiliş qrupumuz qeyd olunan ünvanlarda olmuş, faktları video-görüntüyə almışdır.

Belə ki, Moskva prospektində ünvanı bəlli binanın qarşısındakı yer satılıb, oradakı ağaclar inşaat işlərinin görülməsi üçün quraşdırılan qurğunun altında qalıb. Görünən odur ki, təcili müdaxilə olmasa, ağaclar məhv ediləcək.

Başqa bir ünvanda - Asif Məhərrəmov küçəsi 74-də fəaliyyət göstərən “Park – Kafe”ni başçının “qəhrəman” oğlu arendaya verib. Obyekt vergidən yayınır, sanitar-gigiyena qaydalarına əməl etmir, başqa çoxsaylı qanun pozuntuları ilə işləyir. Asif Ədgərov əlindəki təsir rıçaqlarından istifadə edərək, kafeyə heç bir nəzarətedici orqanın – vergi xidmətinin, dövlət əmək müfəttişliyinin nümayəndələrinin yaxın düşməsinə qadağa qoyub.

Bütün bu sadalanan neqativ hallara rəvac verdiyinə görə hər dəfə DTX və digər hüquq-mühafizə orqanlarının korrupsioner, öz əməlləri ilə dövlətə, xalqa və cənab prezidentə qarşı xəyanət içində olan məmurlara, icra başçılarına qarşı əməliyyatlarını görəndə Nəsimi rayon sakinlərinin yadına İcra Hakimiyyətinin başçısı Asif Əsgərov düşür.
NYUS.AZ



Xəbəri paylaş


 
 


Xəbər lenti