Adı Ramin Bayramlı ilə hallanan “Spektr Med” MMC TENDER BAZARINDA

 
4-10-2022, 10:57            99 dəfə baxılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi reaktivlərin və laboratoriya sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Spektr Med” MMC-dir.

Qalib şirkətə 8,286 milyon manat ödəniləcək.
“Spektr Med” MMC-nin adı buna qədər yerli KİV-də müxtəlif qalmaqallarda hallanıb. Yerli KİV-də iddia olunurdu ki, “Spektr Med” MMC TƏBİB-in sabiq sədri Ramin Bayramlınındır və o, qanunsuz əməllərini “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirirdi.

Sonradan isə “Spektr Med” MMC tərəfindən bu məlumatlar təkzib olundu.

İndi isə aydın olur ki, şirkət yenidən tender bazarına nüfuz etməyə başlayıb və heç də zəif formada yox...



Xəbəri paylaş


 
 


Xəbər lenti