200 manatı olan şirkət Azərbaycanda MİLYONLAR QAZANIR
6-10-2022, 11:28 104 dəfə baxılıb
3 il öncə yaradılan və 200 manat nizamnamə kapitalı olan şirkət qaz vurub qazan doldurur.
Əyalətmedia.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, sözügedən şirkət “Solamedical” MMC-dir.
Bu şirkət təkcə cari ildə keçirilən 12 dövlət satınalmalarında qalib elan olunub. Belə ki, bu il “Solamedical” MMC 5,2 milyon manatlıq tenderi udub.
Sözügedən şirkət keçən il 22 dövlət satınalmalarında iştirak edərək 7 milyon 550 min manatlıq tenderin qalibi elan olunub.
Kommersiya qurumlarının dövlət reyestri məlumatında şirkətin hüquqi ünvanı Nərimanov rayonu, M.Araz küçəsi, ev 18, qanuni təmsilçisi Səlimov Ruslan Akif oğlu olduğu bildirilir.
Qeyd olunan tender müsabiqələrindən və Dövlət Vergi Xidmətinin məlumat bazasından başqa “Solamedical” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra milyonlar qazanan şirkətin nə veb-saytı, nə də sosial şəbəkələrdə hesabı yoxdur.

Xəbəri paylaş