Nazirliklə əlaqəda olan MMC-nin nadürüst əməli ortaya çıxdı
12-10-2022, 11:14 78 dəfə baxılıb
“Əyalətmedia.az” saytının redaksiyasına Cəlilabad rayonunun Günəşli kənd sakini Səmədov Əfsər Arastun oğlunun şikayət məktubu daxil olub. Səmədov bildirir ki, iş axtardığı müəssisələrdən birinə CV göndərdiyi zaman təsadüfən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında öz adına aktiv əmək müqaviləsi bildirişinə rast gəlib. Aşkar edib ki, guya onunla “Ekoservis-A” MMC arasında 2022-ci ilin sentyabrın 1-də iki ay müddətinə əmək müqaviləsi bağlanıb. Fəhlə kimi “işə götürülən” Səmədova 320 manat məbləğdə maaş da təyin olunub.
İnternet üzərindən apardığımız araşdırmada "Ekoservis-A" MMC-nin nə əlaqə telefonu, nə də faktiki ünvanı barədə məlumata rast gəldik. Həmçinin şirkətin internet ünvanı da yoxdur. Bircə o məlumat nəzərimizi cəlb etdi ki, “Ekoservis-A” MMC ilə "Tornado-SL” MMC-nin qanuni təmsilçisi eyni şəxsdir - 1981-ci il təvəllüdlü Qənvərov Anar Rəcəb oğlu.
"Tornado-SL" MMC 2016-cı ilin oktyabr ayının 19-da dövlət reyestrində qeydə alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev 62 mənzil 60 ünvanıdır.
"Ekoservis-A" MMC 2018-ci ilin may ayının 10-da dövlət reyestrində qeydə alınıb. 20 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Zabrat şəhər tipli qəsəbəsi, ev 33 F ünvanıdır.
Əyalətmedia.az xəbər verir ki,rəhbərin eyni şəxs olmasından əlavə, adları çəkilən firmaları birləşdirən daha bir cəhət isə onların əsasən "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin elan etdiyi tenderləri udmalarıdır. İnternet resurslarında ASC-nin sifarişçi olduğu və smetası 113.091 manat olan "kimyəvi maddələrin satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına), elektrik mallarının satın alınması, təsərrüfat mallarının satın alınması, digər maşın və avadanlıqların satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına) və smetası 177.141 manat olan "kimyəvi maddələrin satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına), elektrik mallarının satın alınması, təsərrüfat mallarının satın alınması, digər maşın və avadanlıqların satın alınması, kimyəvi maddələrin satın alınması" lotları üzrə tenderlərdə "Ekoservis-A" MMC –nin qalib gəldiyi görünür.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir. Bu müəssisələrin isə maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı və konkret hansı sahə üzrə fəaliyyət göstərdiyi, müvafiq uyğunluq qurumlardan sertifikatlarının olub-olmaması barədə də məlumatlar verilmir. Belə çıxır ki, “Ekoservis – A” MMC kimi firmalar işləri yalnız kağız üzərində görür, pul silinməsinə xidmət edir, legitimlik görüntüsü yaratmaq üçün rast gəldikləri adam adlarını, şəxsiyyət vəsiqələrindən fərdi konfidensial məlumatları götürüb sistemə yerləşdirirlər.
Anar Qənvərovun özü haqda məlumatları araşdırdıqda da mənfi informasiyalar diqqətimizi çəkdi: 2019-cu ildə Türkiyənin Adana şəhərində əsasən istixana işi ilə məşğul olan Bünyamin Özçakmak xəbər yayıb ki, Azərbaycanda iş adamı, özünü “Avrostand təchizat” MMC-nin rəhbəri kimi təqdim etmiş 1981-ci il doğumlu Anar Rəcəb olğlu Qənbərov tərəfindən aldadılıb. Zərərçəkınin iddiasına görə, Anar Qənbərov onlardan işlənmiş istixana qurğusu aldıqdan sonra qalan məbləği guya zərərə düşdüyü üçün ödəməkdən imtina etmişdir. Türk iş adamları bu haqda əlaqədar orqanlara müraciət etsələr də, sonuc ala bilməmişlər.
Gəlin razılaşaq ki, belə qeyri-dürüst tərəf müqabilləri ilə «Azəryaşlandşaft» ASC və onun sədri Ramik Əşrəfov qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yerli bitmə şəraitinə uyğun və introduksiya olunmuş ağac və kol bitkilərindən istifadə etməklə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirləri həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilməz.

Xəbəri paylaş