"OVÇULAR ƏT VƏ ƏT MƏHSULLARI" - YÜKSƏK KEYFİYYƏTİN ÜNVANI

 
14-10-2022, 12:53           

Məlum olduğu kimi bu gün Azərbaycanda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən son dərəcə əlverişli şərait yaradılmışdır. Digər sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı müxtəlif növ qida məhsulları istehsal edən müəssisələrin də sayının getdikcə artmasına imkan yaranıb. İstehsal müəssisələrinin sayının artması istehlakçıya təklif olunan məhsulun həm kütləsinin, həm də çeşid sayının artması, eyni zamanda bu sahədə rəqabətin artması deməkdir ki, bu da özünü istehsal olunan məhsulun keyfiyyətində göstərməlidir. Belə ki, xüsusilə qida məhsullarının çeşidlərində seçim imkanları artıqca, istehlakçı ilk növbədə keyfiyyəti daha yüksək olan məhsullara üstünlük verəcək.

Bu gün qida məhsulları istehsalı sahəsində xüsusi yeri və çəkisi olan istiqamətlərdən biri də ət və ət məhsullarının istehsalıdır. Belə ki, müasir insanların gündəlik qida rasionlarında kolbasa və sosiska çeşidlərinin kifayət qədər geniş yer alması bu məhsulların istehsalını da stimullaşdırır. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda bu məhsulların istehsalı ilə məşğul olan müəssisələrin də sayı az deyil. Məhz elə bu səbəbdən də, əhalinin qida təhlükəsizliyinin təmin olunması baxımından bu müəssisələrin fəaliyyətləri imkan daxilində araşdırılmalı və istehlakçılara daha etibarlı istehsalçı şirkətlər tövsiyyə olunmalıdır.

“Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ət və ət məhsullarının istehsalı üzrə Azərbaycanda ilk yaradılan müəssisələrdən biridir.  MMC 1992-ci ildən kolbasa məhsullarının ilk istehsalçısı kimi fəaliyyətə başlamış və ötən illər ərzində müəssisə kolbasa məmulatlarının istehsalında böyük təcrübə toplamış və yüksək keyfiyyətli məhsullarla alıcıların etibarını qazana bilmişdir. Hazırda müəssisə kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərin çalışdığı müasir şirkətə çevrilib. Bu gün şirkət istehlakçıya 63 çeşiddə qablaşdırılmış kolbasa məhsulları çatdırılır. 2014 ci ildə Qida Təhkəsizliyinin idarəetmə sisteminin İSO 22000-2005 Beynəlxalq Sertifikatına layıq görülmüşdür. Müəssisədə fiziki -kimyəvi  mikrobioloji akkreditə olunmuş laboratoriyalar fəaliyyət göstərir. Müəssəyə daxil olan hər bir xammal labarotoriya tərəfindən yoxlanılır və analizlərin nəticəsi çıxdıqdan sonra istehsala verilir.
Şirkət 2010 -cu ildə ət və kolbasa məmulatlarına verdiyi töhvəyə görə, 2013 -cü ildə ”Keyfiyyət nişanı ət və ət məhsulları” nominasiya üzrə iqtisadiyyat və biznes sahəsində 2017 ci ildə ət və ət məhsulları sektorunda ilin şirkəti ”UGUR” milli mükafatı ilə təltif olunmuşdur. Hal -hazırda "Ovçular ət və ət məhsulları" şirkəti yüksək səviyyədə və daim təkmilləşən texnologiyalara yiyələnmiş istehsalçıdır.
Təsisçisi Səməd Cəfərovun işgüzarlığı sayəsində müəssisə ən son texnologiya və avadanlıqlarla təchiz olunub. Əsasən Almaniya və Polşa istehsalı olan yüksək keyfiyyətli və müasir avadanlıqlar vasitəsi ilə məhsullar yüksək zövqlə qablaşdırılaraq istehsalçılara çatdırılır. Etiraf olunmalıdır ki, bu gün paytaxt Bakının aparıcı supermarketlərində də məhsulları ən çox tələbat doğuran müəssisələrdən biri də məhz “Ovçular ət və ət məhsulları” MMC-dir. Onu da qeyd edək ki, hazırda müəssisə halal qida sertifikatlarına da malikdir və bişmiş, bişmiş-hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə tam zəmanət verərək, “Ovçular” öz alıcılarının önünə yüz faizli güvənlə çıxır.
Qeyd edək ki, başda rəhbər heyəti olmaqla müəsisədə çalışanların əsas məqsədi bu gün sadəcə olaraq keyfiyyətli məhsul istehsal etmək deyil. Əsas məqsəd məhsulun keyfiyyətini daim sabit saxlamaq, keyfiyyətin stabilliyini möhkəmləndirmək və məhsullarıın təhlükəsizliyini daha da yüksəltməkdir.
Məlum olduğu kimi daxili istehsal hesabına ərzaq təminatı məsələsi ölkəmizin milli təhlükəsizliyinin prioritet istiqamətlərindən ən mühümüdür və yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin tam təmin edilməsi son illərdə qarşıda duran ən vacib məqsəd hesab olunur. Ərzaq məhsullarından kolbasa məmulatları geniş yayılmış və çox istifadə olunan tanınmış qida məhsuludur. Ümumiyyətlə, ət və ət məhsulları sahəsi ərzaq bazarının ən iri seqmentlərindən biridir. Təsadüfi deyil ki, ərzaq cədvəlində kolbasa məmulatları gündəlik tələb olunan beş ərzaq məhsullarından (süd, tərəvəz, meyvə, un məmulatları) biridir.

Hal-hazırda daxili bazarda pərakəndə ticarətin satış dövriyyəsində kolbasa məmulatları ənənəvi olaraq üçüncü – dördüncü yeri tutur və bu səbəbdən ilbəil yerli kolbasa məhsullarının istehsalı artır. Bundan əlavə, kolbasa məhsulları bazarının assortimenti öz müxtəlifliyi ilə fərqlənir və eyni zamanda çeşid və növləri artmaqda davam edir. Məhz bu səbəbdən ət məhsullarının idxal həcmi azalmaqda davam edir. Elə buna görə də, "Ovçular ət və ət məhsulları" şirkəti rəqabətli qida bazarının tələblərinə uyğun olaraq, xüsusilə yeni kolbasa çeşidlərinin yaradılmasına çox incəliklə yanaşır. Çünki hər yeni məhsulun tamı və dadı yadda qalan olmalıdır. Məlumdur ki, alıcı kolbasa məhsullarını alarkən bir çox meyarlara: məhsulun xarici görünüşünə, onun dadına, keyfiyyətinə, dəyərinə, bioloji əhəmiyyətinə və s. üstünlük verir. Lakin bu amillər arasında istehlakçı xüsusilə məhsulun insan orqanizminə faydalılığına və təhlükəsizliyinə əsas önəm verir. Bütün bu sadalanan keyfiyyət nişanları da "Ovçular ət və ət məhsulları" şirkətinin istehsal etdiyi müxtəlif çeşidli kolbasa məmulatlarında mövcuddur.



Əyalətmedia.az



Xəbəri paylaş


 
 


Xəbər lenti