XAN Naxçıvan camaatına QADAĞA QOYDU - GİLEYLƏNMƏYİN...
18-10-2022, 11:26 86 dəfə baxılıb
Naxçıvanda bəzi tənqidçi sosial şəbəkə iştirakçıları polisə çağırılaraq, təhdid olunduqlarını bildirirlər.Əyalətmedia.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a onlardan bir qrupu məlumat verib. Şikayətçilər deyir ki, polis onlardan tənqidi statusları silməyi və bir daha belə paylaşımları etməməyi tələb edir.
Babək rayon sakini Y. Hüseynov deyir ki, su problemi ilə bağlı Facebook prifilindəki paylaşımdan sonra polisə çağrılıb:
“Əkin sahəmə su verilməməsi ilə bağlı video çəkib paylaşmışdım. Bir gün sonra Babək rayon Polis Şöbəsinə çağırıldım, orada sorğu-sual etdilər. Dedilər ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaq Naxçıvanın adına ləkə gətirir, silməlisən. İstədim etiraz edəm, təhdid etdilər. Dedilər silməsən, içəri basacağıq. Məcbur qalıb sildim. Dedilər ki, Naxçıvanın inkişafından, təmizliyindən yaz".
Şərur rayonundan olan digər şikayətçi bildirir ki, paylaşımından bir neçə saat sonra polis şöbəsinə çağrılıb:
“Problemimlə bağlı Facebookda paylaşım etdim. İki saat keçmədi, gəlib həyətimdən polis maşınına mindirib, şöbəyə apardılar. Bir otağa qatdılar. Orada bir saata qədər gözlətdilər. Sonra iki nəfər polis əməkdaşı gəlib məni sorğu-sual etdi. Mübahisə etdim. Məni təhqir edib, həbs edəcəkləri ilə hədələdilər. Yazdığım statusu silməyi və bir daha feysbukda yazmamağı tapışırdılar”.
Avqustun əvvəlində Babək rayon Nehrəm qəsəbə sakini Qulamhüseyn Məmmədov sədəqə şəklində toplanan pulların yüksək vəzifəli məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı mətbuata açıqlama verdikdən bir müddət sonra saxlanılmışdı. Bir gün sonra sonra psixoloji dispanserə salmışdı. Məsələ ictimailəşdikdən sonra, o dispanserdən azad olunub.

Xəbəri paylaş