Neft Daşlarında qimətləri KİM QALDIRIR? - GİLEY

 
27-10-2022, 11:50            76 dəfə baxılıb




Ölkə əhalisi hər sabahını yeni bir bahalaşma xəbəri ilə açdığı bir ərəfədə daha da çətin durumda yaşayan Neft Daşları sakinlərini sanki kimlərsə məqsədli olaraq sınağa çəkməkdədir. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri redaksiyamıza yazırlar ki, hər gün Neft Daşlarında hansısa məhsulun qiymətini kimlərsə qaldırır: "Məcburuq ki, təklif olunan qiymətə alaq. Harasa qaçası deyilik ki..."

Dia.az-a daxil olan müraciətdə narazı neftçilər son bahalaşn məhsulları da sadalayıblar: "Neft Daşlarında satılan ərzaqlar babat bahalaşır. Çörək (çörəkdən çox bulkaya oxşayır) 50 qəpikdən 60-a qalxıb. 100 qramlıq "Champion" çayı 2,60-dan qalxıb olub 3 manat. Kilosu 30 manata yəni. Marketlərdə 2,30-dur. Yəqin ərzaqların da qiymətinə 75% dəniz əmsalı gəlirlər".

Onu da qeyd edək ki, Neft Daşlarındakı ərzaq biznesinə "Xəzəriaşə" nəzarət edir.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...








Xəbəri paylaş


 
 


Xəbər lenti