AZAL-ın qalmaqallı tenderini bu şirkət uddu
13-06-2022, 14:17
Azərbaycan Hava Yolları QSC əməkdaşlarının 12 ay ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması üzrə tenderinin qalibini açıqlayıb.Əyalətmedia.az FED.az-a istinadla xəbər verir ki, 654 000 manatlıq tenderinin qalibi "Airport Gate Service" MMC-dir.
Qeyd edək ki, "Airport Gate Service" MMC AZAL-ın bundan əvvəlki tenderlərini də qazanıb. Şirkət demək olar ki, AZAL-ın bütün tenderlərini udub.
Xatırladaq ki, "Airport Gate Service" MMC bundan əvvəl “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması üzrə 618 000 manatlıq tenderini qazanıb.
Xəbəri paylaş



























