Sumqayıtın "tender kralı" Hümbət Məmmədxanov gizlənir-Zakir Fərəcovla bu adamı nə birləşdirir?
5-12-2022, 13:07

Təmir işləri ilə məşğul olan və gördükləri işin pulunu Hümbət müəllimdən ala bilməyən sahibkarlar yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyi və əlaqədar dövlət qurumlarına şikayətlər ünvanlayıblar. Onlar saytımıza Hümbət Məmmədxanovun tenderdə iştirakını sübut edən möhtəbər dəlillər və sənədlər də təqdim ediblər. Həmin sənədlərə Hümbət Məmmədxanovun özü şəxsən imza atıbsa, onda niyə tenderdə iştirakını inkar edir? Deməli, burada qaranlıq nəsə məqam var.
Aldığımız məlumata görə, Hümbət Məmmədxanov borclu olduğu sahibkarlardan yayınmaq üçün indi də xəstə olduğunu bəhanə edir. Sumqayıtın icra başçısı Zakir Fərəcova yaxınlığı ilə seçilən bu adam görəsən kimə arxalanır ki, media vasitəsilə cəmiyyəti aldatmaqdan belə çəkinmir.
Sahibkarların haqlı iddiaları ilə bağlı H.Məmmədxanovla yenidən əlaqə saxladıq. O, zənglərimizə cavab vermədi. Amma verilməli olan əsas sual budur: Zakir Fərəcov, Hümbət Məmmədxanovla sizi nə bağlayır? Necə olur ki, bu adam bütün danışıqları aparır, sənədlərə imza atır, amma sahibkarlar haqqını tələb edəndə yoxa çıxır!?
Azinforum.az Hümbət Məmmədxanovun danışdığı yalanın səs yazısını təqdim edir:
Xəbəri paylaş



























