Yevlaxda balaca bir idarədir, amma... - AİLƏ PODRATI...
6-02-2023, 12:30 117 dəfə baxılıb
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev Korrupsiya hüquqpozmalarına eləcə də vəzifə səlahiyyətindən sui-istifadə etməyə imza atıb.
Bu haqda Dünyanınsəsi.Az saytının e-mail ünvanına şikayət göndərilib.
Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində əyani oxuyan qızı Aynur Mustafayevanı tabeçiliyində olan mərkəzin Diyarşünaslıq Kulubunun 6 nömrəli filalına müdir təyin edibmiş.Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizlik Xidmətinin apardığı antikorrupsiya əməliyatından sonra nazir Anar Kərimov işdən uzaqlaşdırıldı.Məhz bundan sonra Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev 3-cü kursda əyani oxuyan tələbə qızına işdən çıxması üçün ərizə yazdırıb.
Sözügedən ərizəni Aynur Mustafayev 30.01.2023-cü il tarixdə yazsada direktor ata həmin tarixdə də mübarək imzasıyla müdirə qızını işdən çıxarıb.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qızını 3 il müdir kimi filalda çalışdırıb.Bu üç il ərzində direktor ata müdirə qızına 15000 manata yaxın dövlət büdcəsindən maaş da verib.Amma bir maraqlı məqamda odur ki, bəs,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əyani oxuyan bu müdirə xanımın yerinə kim tələbəlik edib?
Hesab edirik ki, Baş Pokurorluq, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, Maliyyə Nazirliyi Yevlax şəhər Mədəniyyət Mərkəzinində araşdırma aparsa əməkdar mədəniyyət işçisi Eldəniz Mustafyevin mədəni korrupsiya əməli öz təsdiqini tapar.
Redaksiya olaraq qeyd edirik ki, Korrupsiya haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməməsi eləcə də vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Redaksiya olaraq əməkdaşımız Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayevin telfonuna zəng edərək əlaqə saxlayıb.Direktor isə müxtəlif bəhanələr gətirməklə suallardan yayınıb.Bu da öz-özlüyündə bir daha sübut edir ki, yuxarıda qeyd edilənlər həqiqətən də doğrudur.
Dünyanınsəsi.Az

Xəbəri paylaş