Masallı məktəbində “ölü canlar”- FOTOFAKT
14-04-2023, 12:14 133 dəfə baxılıb
İki ay əvvəl Mediatv.az xəbər portalında Masallı rayonunun Şıxlar kənd 2 saylı ümumi orta məktəbinin biologiya-coğrafiya müəllimi Əzizov Əjdər Əlibala oğlunun çirkin əməllərindən bəhs edən məqalə dərc olunmuşdu. Redaksiyamıza daxil olan məlumat əsasında hazırlanan həmin məqalədə Əjdər Əzizovun məktəbdə yaşına-başına uyğun olmayan hərəkətlər etməsindən, məktəbli qızlara, cavan müəllimələrə sataşmasından, o üzdən artıq valideynlərin Əjdər müəllimi məktəbə buraxmamasından, onun işləyəcəyi təqdirdə öz uşaqlarını məktəbə buraxmayacaqlarını bəyan etmələrindən yazılmışdı. Məlumatda həmçinin Əjdər Əzizovun valideynlər tərəfindən döyüldüyü də bildirilmişdi.
Redaksiya olaraq məsələ ilə bağlı araşdırma aparmış, əlaqə saxladığımız şəxslərdən məktəbin direktoru Nurəddin müəllim məktəbin müəllimləri və valideynlər tərəfindən Əjdər Əzizovun uyğunsuz hərəkətləri barədə akt tərtib edildiyini, aidiyyəti qurumların - kənd icra nümayəndəliyinin, rayon təhsil sektorunu məlumatlandırıldığını, Əjdər Əzizovun fevralın 8-dən etibarən işə çıxmadığını təsdiqlədi. Əjdər müəllimin işdə qalıb-qalmayacağı ilə bağlı hələlik əmr olmadığını demişdi. Zəng vurub əlaqə saxladığımız Şıxlar kənd məktəbində uzun illərdir ki pedaqoji fəaliyyətlə məşğul olan Zakir müəllim də Əjdər Əzizovun təyinatrla məktəbə göndərilən gənc xanım müəlliməyə yersiz söhbətləri ilə, uyğunsuz vatsap mesajları ilə narahatlıq törətdiyini demişdi.
Məqalədə həmçinin bəzi sualları ortaya qoymuşduq: “Nə əcəb direktor Nurəddin müəllim indiyədək bu barədə tədbir görməyib? Direktoru Əjdər müəllim qarşısında "gözükölgəli" edən hansı səbəbdir? Hansı marağa görə hərəkətsizlik edib ki, Əjdər Əzizovun da seksual mənşəli davranış pozuntuları indi manyaklıq həddinə çatıb?
Masallıdan redaksiyamıza daxil olmuş növbəti məlumata görə, Əjdər Əzizov hələ də işdən çıxarılmayıb, adı hələ də məktəbdə getdiyinə baxmayaraq, işə çıxmır. Ümumiyyətlə, məktəbdə işə çıxmayan başqa “ölü canlar” da vardır. Mənbə həmçinin məktəbin işə davamiyyət tabelindən bəzi səhifələrin fotosurətlərini redaksiyamıza yollamışdır. Həmin səhifələrdən görünür ki, bəzi işçilərin adlarının qarşısında ayrı-ayrı iş günlərdə və hətta iş həftəsi boyunca işə-gəlib getdiklərini təsdiqləyən imzaları yoxdur. Bu naqislik onun göstəricisidir ki, yaxşı halda səhlənkarlıq ucbatından tabel intizamına riayət edilmir, pis halda isə işə çıxmayan işçilərin haqq etmədikləri maaşlar yazılır. Əgər tabel intizamına riayət edilmirsə bəs direktor hara baxır? Yox, isə işə çıxmayan işçilərin haqq etmədikləri maaşlar yazılırsa, deməli məktəb direktoru "ölü canlar" saxlayır.Yəqin ki,Təhsil Nazirliyinin,hüquq mühafizə orqanlarının, Lənkəran–Astara Regional Təhsil İdarəsinin bu məsələyə münasibətini rəsmi sorgular vasitəsi ilə öyrənməyə çalışacağıq.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mövzuya qayıdacağıq.

Xəbəri paylaş