QHT Agentliyi satınalma qanununu pozub - DETALLAR
26-05-2023, 11:42 103 dəfə baxılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Əyalətmedia.az bildirir ki, bu xəbəri "qlobal.az" yayıb.
Agentliyin "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ətraf mühit və minasız həyat adlı Beynəlxalq forumun təşkilinin satınalınması" lotu üzrə keçiriyi satınalmanın məbləği 76.620 manat, qalibi isə "SA SERVICES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"SA SERVICES" MMC 2019-cu ilin fevral ayının 21-də dövlət qeydiyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Nəsimi rayonu, Nizami küçəsi, ev 133, mənzil 1 ünvanıdır.
"SA SERVICES" MMC-nin qanuni təmsilçisi Kazımova Nadiyat Xeyrəddin qızıdır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə beynəlxalq forum təşkil edəcək web ünvan; olmayan "SA SERVICES" MMC-nin fəaliyyət profili, təcrübəsi, əlaqə vasitələri barədə açıq internet resirslarında məlumat yoxdur.
Eyni zamanda "SA SERVICES" MMC-nin hazırda dövlətə 2.137 manat vergi borcu var.
Azərbaycan Respublikasının "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə isə vergi borcu olan şirkətlərin tenderdə iştirakı yolverilməzdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Xəbəri paylaş