MKTB rəisinin “qıyqacı” baxmasının kökündə hansı amillərin varlığı əsas rol oynayır?
26-05-2023, 14:21 147 dəfə baxılıb
Bakı şəhəri, Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Cəbrayılov Firdovsi İbadulla oğlunun bədxah əməllərini eşidib gördükcə, bu şəxsin hansı amal və əməl sahibi olduğunu müəyyən etmək heç də çətin iş deyil. Qeyd edək ki, bu şəxsin əvvəllər Səbail rayon bələdiyyəsinə rəhbərlik etdiyi və ötən illər ərzində daim “çapolçuluq” işləri ilə məşğul olması haqda, bu gün də bəzi çevrələrdə söz-söhbətlər dolaşmaqdadır. Belə bir səbəbdəndir ki, Firdovsi Cəbrayılov hal-hazırda rəhbərlik etdiyi Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə “qıyqacı” baxır və oxşar əməllərini bu rayonun ərazisində də davam etdirir. Məsələn, bu şəxsin tabeliyində çalışanlar bir neçə gün bundan əvvəl, rayonun Kamil Balakişiyev küçəsi-173 ünvanı ilə Ordubadi küçəsinin kəsişməsində “qanlı yaşıl soyqrım” əməliyyatı həyata keçirirlər. Tərəfimizdən bu yöndə apardığımız araşdırmalardan, bəzi sakinlərlə etdiyimiz fərdi söhbətlərdən və digər informasiya mənbəmizin verdiyi məlumatlardan aydın oldu ki, səndemə Firdovsi Cəbrayılov Bakı şəhər, Nizami RİH-nin başçısı və “Orbita” MTK ilə əlbir işlədiyindən, Nizami Rayon MKTB-nin işçiləri öz rəhbərlərinin verdiyi tapşırıqları əsas tutaraq, rayonun Kamil Balakişiyev küçəsi-173 ünvanı ilə ilə Ordubadi küçəsinin kəsişməsində “qanlı yaşıl soyqrım” əməliyyatı həyata keçirib, bir neçə yaşıl ağacı məhv edirlər.
Bundan əlavə, onu da qeyd edək ki, bir müddət bundan əvvəldən başlayaraq Kamil Balakişiyev küçəsi-173/181 ünvanlarında söküntü işləri həyata keçirlimişdir. Bu gün ərazi zibillik ağuşunda boğulduğundan, sakinlərin haqlı narazılığı “pik nöqtə”yə çatıb. Deməli, belə bir olayların yaşanmasında digər amillərin də varlığı əsas rol oynayır. Yəni, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev üzərinə düşən vəzifəni günün tələbləri səviyyəsində yerinə yetirə bilmir ki, Firdovsi Cəbrayılov bu gün Nizami rayonunda belə bir formada “at oynadır”. Adicə bir halın varlığına diqqət yetirək ki, Nizami Rayon MKTB-nin işçiləri “məhşər ayağı”na çəkildiklərindən, onlar təmizlədikləri zibilləri arabalarla deyil, “kuloklar”la daşımalı olurlar. O halda ortaya belə bir sual çıxır ki, görəsən büdcədən ayrılan vəsaitlər hara, hansı məqsədlər üçün “qeybə çəkilir” ki, Nizami Rayon MKTB-nin işçiləri bu cür rəzil günə salınırlar. Odur ki, sualı bizdən, cavabı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədrindən.
Mövzuya qayıdacağıq.
Nyus.Az
Xəbəri paylaş