«Körpü-Bina-Tikinti» şirkətinə 9 milyon manatlıq sifariş

 
31-05-2023, 11:12            95 dəfə baxılıb
Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti növbəti tenderin nəticələrini elan edib.Mediatv.az  FED.az-a istinadla xəbər verir ki, «Körpü-Bina-Tikinti» MMC (VÖEN: 3100026151) qalib olub.

Şirkətlə 8 990 846 manat məbləğində müqavilə imzalanıb.

Müqavilədə “Şəmkir maşın kanalının II növbəsininin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi” (III mərhələ) nəzərdə tutulur.

«Körpü-Bina-Tikinti» MMC daha öncə MİDA MMC ilə 14 213 438 manat dəyərindəki "Füzuli şəhərində 8,90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi" tenderi üzrə müqavilə bağlayıb (31.01.2023).

Xatırldaq ki, «Körpü-Bina-Tikinti» MMC 17.09.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 000 manatdır.Qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı Az1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd rəcəbli 2, ev 1-də yerləşir.







Xəbəri paylaş


 
 


Xəbər lenti