Məktəbdə müzakirələrə səbəb olan mahnı necə səsləndirilib? – Direktor açıqladı (YENİLƏNİB + VİDEO)
20-06-2022, 13:42 174 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Alakol kənd məktəbinin məzunların Rövşən Canıyevə (Rövşən Lənkəranski) həsr olunmuş “Düzünə Rövşən” mahnısına rəqs ediblər. Bu da nüzakirələrə səbəb olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, görüntülər Nurəddin Sadıqov adına Alakol kənd tam orta məktəbində le tə alınıb.
Məktəbin direktoru Elmira Cəfərovadır.
Direktor 32gun.az-a açıqlamasında bildirib ki, hadisə bilərəkdən olmayıb:
“Mən sözügedən mahnı səsləndirilən zaman təsadüfən otağa daxil olmuşdum, mahnı 30 saniyədən artıq dinlənilmədi.
Çünki tədbirdə olan üç polis əməkdaşı hadisənin qarşısını aldılar. Bu hal bilərək baş verməyib. Tez zamanda polis əməkdaşları və məktəb nümayəndələri tərəfindən müdaxilə olundu. Şagird və valideyni məktəbə çağırıldı.
Şagirdin valideynlərinə onun attestatdan məhrum edilə biləcəyi bildirildi.
Şagird isə öz növbəsində mahnını bilərəkdən qoşmadığını söyləyib. Telefon “blutuz” vasitəsilə qoşulduğu üçün, mahnılar ard-arda davam edib. “Son zəng” mahnısının ardınca qalmaqala səbəb olan mahnı oxumağa başlayıb”.
Məktəb direktoru yaranmış hal ilə bağlı hər kəsdən üzr istəyib. Növbəti illərdə belə bir halın baş verməyəcəyini söyləyən Elmira Cəfərova hadisə ilə bağlı biraz əvvəl məktəbdə iclasın keçirildiyini bildirib.
Nurlan Şiraliyev
*** 17:55
İyunun 14-də Azərbaycanda “Son zəng” tədbirləri keçirilib. Məktəblərdə baş tutan mərasimlər maraqlı çıxışlarla yadda qalıb.
32gun.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə olunan məktəblərdən biri də Tovuz rayonunun Alakol kənd məktəbi olub.
Səbəb isə məzunların Rövşən Canıyevə (Rövşən Lənkəranski) həsr olunmuş “Düzünə Rövşən” mahnısına rəqs etmələri olub.
Həmin görüntüləri təqdim edirik:
Xəbəri paylaş