ŞOK İDDİA: "Bakıda məktəb üçün ayrılan torpaq sahəsi başqasına satılıb" - VİDEO

 
9-06-2023, 14:36            114 dəfə baxılıb
Bakının Binəqədi rayonunda salınan yeni massivdəki sakinlər ərazilərində məktəb olmamasından şikayətçidir.
Sakinlər ARB TV-yə bildirib ki, övladlarının məktəbə getməsi üçün digər qəsəbənin təhsil ocağına üz tutmaq məcburiyyətində qalıblar. Təhsil ocağına gedən yol isə 5 kilometrdən çoxdur.
Biləcəri sakinləri həmçinin iddia edib ki, əvvəl məktəb üçün torpaq sahəsi ayrılsa da sonradan başqasına satılıb.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, adı çəkilən ərazi ilə bağlı torpaq sahəsi qurumun balansında deyil. Biləcəri Bələdiyyəsindən isə açıqlanıb ki, həmin ərazidə məktəb tikintisi üçün torpaq sahəsi ayrılmayıb.
Ətraflı videomaterialda izləyə bilərsiniz:




Xəbəri paylaş


 
 


Xəbər lenti