Mənsim Babayevdən Muxtar Babayevə: “Cənub meşələri elə meşə gözətçilərinin əli ilə talan edilir” - İTTİHAM
21-08-2023, 11:47 188 dəfə baxılıb
Vətəndaş Babayev Mənsim Bəbəş oğlu redaksiyamıza zəng vuraraq ölkənin Cənub bölgəsində olan meşələrin talan edilməsindən şikayətlənib. Mənsim Babayev bildirir ki, şahidi olduğu meşə talanları barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətti”nə zəng vurub məlumatlar verib. Lakin hər dəfə ona qaldırdığı məsələlərin, barəsində xəbər verdiyi qanunsuzluq faktlarının araşdırılacaqlarını vəd etsələr də, heç bir nəticə hasil olmayıb. Axırıncı dəfə ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevə teleqram vurub, yerlərdə qanunsuzluqlara, ekoloji cinatətlərə rəvac verən məmurlardan, vəzifəli şəxslərdən şikayətlənib. Lakin teleqramdan ötən 15 gündə hələ ki cavab yoxdur.
Mənsim Babayevin sadaladığı konkret faktlardan biri “N” saylı hərbi hissənin 18-ci sərhəd zastavasının yaşıllıq zonasının məhv edilməsidir. Şikayətçi sözügedən ərazidə ağacların oduncaq mıəqsədilə icazəli qırılmasına bilet olmadığı halda meşə təsərrüfatı müəssisəsinin öz əməkdaşlarının iştirakı ilə talan edildiyini qeyd edir və konkret olaraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi Nəsimi Nəsibovu, onun müavini Camaləddin Ədişovu, meşə sahəsinin texnikləri Haldun Qulamovu nəzarətsizlikdə suçlayan şikayətçi meşə gözətçiləri Orxan və Elməddinin hətta özlərinin motorlu mişar işlədərək ağacları kəsib talançıların yük maşınlarına yüklətdirdiklərini vurğulayır. Mənsim Babayev ümid edir ki, əlində olan foto və video-faktlar mediada ictimailəşdirildikdən sonra ölkə rəhbərliyinin bu məsələyə müdaxilə edəcək və talanın qarşısının alınmasını təmin edəcək.
Xatırladaq ki, az müddət öncə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun Qəriblər meşəbəyliyində Tariyel Ağayevin meşəbəyi olduğu meşənin 8 saylı dolayında qanunsuz qırıntılarının ictimailəşməsindən sonra məcbur qalaraq qanunsuz qırıntıları sənədləşdirməsi və işlik material halına salınmış ağac məmulatlarını idarənin anbarına təhvil verməsi barədə məlumat yayılmışdı. Bundan hiddətlənən Nəsimi Nəsibov iclas çağıraraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazində baş verən özbaşınalıqların ictimailəşməsində işçiləri birbaşa günahkar bilib və mediaya məlumat “ötürən”ləri işdən çıxarmaqla hədələyib. Həmçinin işçilərin telefonlarını araşdıracağını və dinlədəcəyini də sözlərinə əlavə edib.
Nyus.Az

Xəbəri paylaş