Yanında OLİQARX BƏSLƏYİR...

 
2-11-2023, 11:41            141 dəfə baxılıb
Son illər ərzində apardığımız sorğunun nəticələrinə əsasəsən ən çox narazılıqlar bölgələrdəndir desək, yanılmarıq. Rayon və şəhərlər arasında Bərdə şəhərinin xüsusi ilə adı hallandğı heç kimə sirr deyil. Əlbətdə ki, narazılıqlara şərait yaradan məmurların bir qismi yerli icra hakimiyyətində çalışan başçının müavinləri və digər sahənin rəhbər şəxsləridir.
Adı hallanan Bərdə rayonu İcra Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov üçün sanki gəlirli bir ticarət obiyektidir. Onu da nəzərinizə çatdıraq ki, ölkə mətbuatı bu şəxs haqqında kifayət qədər dəlil və sübütlar ictimayətə təqdim etməklə bir növ məmur fironluğunu ifşa edib. Üzün illər müavin vəzifəsini zəbt edən İ. Məmmədov öz gəlir mənbəyini artırmaqla sahibkara çevrilib.
Qanunla nəzərdə tutulan dövlət məmuru heç bir halda sahibkarlıqla və bizneslə məşğul ola bilməz. Lakin İ. Məmmədov dövlətin qanunlarını saya almır, eyni zamanda çəkinmədən dövlət vəsaitlərini aidiyyəti üzrə deyil, öz istədiyi formada xərcləyir. Sadaladıqlarımız ciddi nöqsanlara şərait yaradan şəxs isə Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Vidadi İsayevdir. Çünki, icra başçının məlumatı olmadan digər məmurlar bilə-bilə öz həyatlarını risk altına atmazlar.
Digər tərəfdən bütün mənimsəmə və korrupsiya hallarına rəvac verən və bu istiqamətdə planlar cızan şəxs Vidadi İsayevin olduğu məlumdur. Məhz onun “dabrosundan” sonra müavinlər dövlət vəsaitlərini öz aralarında bölür. Bundan sonra İlham Məmmədov və digər məmurlar fürsətdən lazımı qaydada istifadə edir. Əgər, doğrudan da V. İsayev iddialarımızı qəbul etmirsə, deməli cənab prezident İlham Əliyevin etimadını doğrultmur və sui istifadə hallarına yol verir. Yox, əgər həqiqətəndə qəbul edirsə, deməli oliqarxa çevrilən İ. Məmmədova dövlət vəsaitlərini mənimsəmə üçün şərait yaradır.
Müavinlər arasında ən zəngin ad qazanan İ. Məmmədov çox istərdik ki, ölkə mətbuatına deklarasiya təqdim etsin. Aldığı əmək haqqı ilə sahib olduğu mülklər arasında nə kimi fərqin olduğunu aidiyyətli dövlət qurumları daha aydın şəkildə görə biləcək. Cənab prezidentin min əzab-əziyyətlə formalaşdırdığı dövlət büdcəsi bir ovuc məmurlar tərəfindən tarimar edilir. Ümüd edək ki, Bərdə İcra Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov dövlətimizə vurduğu zərərə görə cavab verməli olacaq. İnanaq ki, ömrünün belə bir çağında nə İlham Məmmədov, nə də ki, Bərdənin “firon” rəhbəri Vidadi İsayev, Qoca Səmədov, Alimpaşa Məmmədov və digər məhbus həyatı yaşayan məmurlar kimi dəmir barmaqlar arasında sorğu-suala çəkilməyəcək. Dövlət başçısına və dövlətimizə kələk gələn məmurların aqibəti göz önündədir…Araşdırmalarımız davam edir…Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Gundemxeber.az





Xəbəri paylaş


 
 


Xəbər lenti