Deputat qəza törədib, xəsarət alan var? - MƏHKƏMƏ İŞİ

 
11-07-2024, 13:43            108 dəfə baxılıb
Məcburi Kömkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə barəsində inzibati protokol tərtib edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Mahir Abbaszadə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib. 327.8-ci maddə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması - zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi ilə bağlıdır.

Maddədən aydın olur ki, Mahir Abbaszadə qəza törədib və nəticədə zərəçəkmiş şəxs yüngül bədən xəsarəti alıb.

Maddədə inzibati cəza növü kimi 300 manat məbləğində cərimə edilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 аydаn 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

Mahir Abbaszadə 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyinat alıb. Deputat kimi isə Milli Məclisdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.



Xəbəri paylaş


 
 


Xəbər lenti