Adil Əliyev Fuad Cəbrayılovla işləyəcəkmi? - YOXSA...
15-07-2024, 13:09 99 dəfə baxılıb
Ötən həftə Suraxanı rayonuna icra başçısı təyin olunan Adil Əliyevin təsərrüfatı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlu vəzifəsindən azad etdiyi xəbərləri yayıldı. Kollektivə yeni təqdim edilən icra başçısının məhz bu şöbənin müdirini işdən azad etməsi suallar doğurdu. Lakin Suraxanı İH bu xəbərə aydınlıq gətirməyib. Tribunainfo.az bildirir ki, Adil Əliyev bundan sonra da dəyişiklikləri davam etdirə bilər. Onun kimlərlə işləyəcəyi müəmmalı olsa da, əsas diqqət başçı müavini vəzifəsində olan Fuad Cəbrayılovdur. F. Cəbrayılov bu sahədə geniş əlaqələrə malikdir. O, mediada Sumqayıtın icra başçısı Zakir Fərəcovun kadrı kimi tanınır. Fərəcov hələ Abşeron İH rəhbəri olduğu dövrdə Cəbrayılovu yanına çəkmişdi. Onun Sumqayıta təyinatından sonra Cəbrayılov Abşeron İH-də sabiq başçı İradə Gülməmmədova ilə işlədi, lakin Fərəcovla əlaqələri qalırdı. Sonra gözlənilmədən Fərəcovun “sağ əli” Suraxanı İH başçısı postunu tutmuş Əziz Əzizovun müavini təyin olundu. İndisə sual doğurur ki, yeni başçı Adil Əliyev də Cəbrayılovla işləyəcəkmi…
Xəbəri paylaş