Deputat 4 min dollarlıq eynək taxır? - FOTO

 
24-07-2024, 13:33            21 dəfə baxılıb
Bir müddət öncə Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə biznes siyahısı və rəhbərlik elədiyi sahə ilə bağlı iddialar haqda mediada xəbərlər yayılıb.
İddia olunub ki, onun YAP-ın builki seçkilərdə adının siyahıya salınmamasına da eləı bu məsələlər təsir edib.
Bunların həqiqət olub-olmamasını bilmirik. Çünki sabiq deputat bu məlumatı cavasız qoyub.

Lakin diqqət çəkən məqam isə bu dəfə onun bahalı eynəyidir.

M.Abbaszadə bir müddət öncə Laçında baş tutan mini-futbol turnirini izləyib.

32gun.az-a daxil olan məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru matçı izlərkən taxdığı günəş eynəyi "RayBan" markasının "Aviator solid Gold" modelidir. Həmin modelin qiyməti isə 4245 dollardır.



Xəbəri paylaş


 
 


Xəbər lenti