Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib - Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? - VİDEO
29-07-2024, 14:31 116 dəfə baxılıb
”Nəsimi rayonu Novruzov qardaşları küçəsində(“Papanin” deyilən ərazi) “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə yaşayan sakinlərə divan tutmağa davam edir”.
Bu sözləri Editor.az-a açıqlamasında ərazidə yaşayan sakinlər deyiblər. Onun sözlərinə görə, şirkət gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda onlarla ailənin yaşadığı ərazidə ağır tikinti, betonlama işlərini davam etdirir: “Bu şirkətin əlindən gecə evimizdə yata bilmirik. Traktor daimi tikinti meydançasında olmasına baxmayaraq, sanki sakinlərə işgəncə vermək üçün gecə saatlarında traktor yer qazmaqla məşğuldur. Bu zamanda yaranan dəhşətli və vahiməli səs-küydən bütün ərazi lərzəyə gəlir. İsti yay ayları olduğu üçün evin pəncələrini açmaq zərurəti yaranıb. Lakin yaranmış dəhşətli səs-küydən nəinki yatmaq, hətta bizi evimizin də başımıza uçacağını gözləyirik. Evdə yuxusuzluqdan yaşlıların, körpələrin, səhər erkən saatlarda işə getməli olan hər kəsin həyat ritmi məhv olub və səhhətində ciddi problemlər yaranıb.
Bundan başqa gecə saatlarında tikinti işləri aparan fəhlələrin bir-biri ilə yüksək səslə, söyüşlə, ağır ifadələrlə danışması qəbuledilməz vəziyyət yaradıb. Sanki bu şirkət məqsədli şəkildə bizi təxribata çəkir.
Ümumiyyətlə, evlərimizin cəmi 5-10 metrliyində bu hündürmərtəbli bina tikildikdən sonra gün işığına həsrət qalmışıq. Binada işləyən fəhlələlər hündürlükdən düz evlərin içinə baxır və yüksək səslə söyüşlə danışırlar.
Bu səbəbdən isti yay aylarında və ümumiyyətlə pəncərələrimiz daima bağlı və pərdəlidir.
Ərazi əsl xarabalığı xatırladır. Bütün ərazi zibilliyə, tikinti materiallarının məzarlığına çevrilib. Ərazidə antisanitar vəziyyət isti yay günlərində dəhşətli həddə çatıb. Hər yeri üfunət iyi bürüyüb. “Yaşıl Dünya naminə həmrəylik ili”ndə qlobal COP-29 tədbiri keçirən şəhərimizə belə dəhşətli vəziyyət yaraşmır”.
Sakinlər qeyd edirlər ki, şirkətin quraşdırdığı ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə davam edirlər: Bununla yanaşı düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların, evlərin və avtomobillərin üzərinə tökülür: “Bir neçə dəfə zərərçəkənlər olub. Şirkət isə vətəndaşların həyatını görməzdən gəlir”.
“Papanin” sakinləri bildirirlər ki, son 6 ayda “Pilot-16” MMC tərəfindən yeni yaşayış kompleksinin tikildiyi ərazidə bunların hər birindən daha təhlükəli və qəribə hadisələr yaşanır. Son aylarda qeyd olunan ərazilərdə “Pilot-16″ MMC ilə danışıqlar zamanı şirkət tərəfindən təklif olunan qeyri-adekvat təkliflərlə razılaşmayaraq evlərini tərk etməyən bir neçə sakinin mənzilində və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə müəmmalı şəkildə yanğınlar baş verib. Son 6 ayda 4 belə hal qeydə alınıb. Bu müəmmalı yanğınların konkret kim tərəfindən törədildiyi ilə bağlı əlimizdə hər hansı sübut və konkret dəlil yoxdur.
Ancaq yanğınların şirkətlə razılaşmayan mənzillərdə və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə baş verməsi hər kəsdə, o cümlədən şirkətin qeyri-adekvat təklifləri ilə razılaşmayan bir ailə olaraq bizdə ciddi narahatçılıq yaradır.
Ərazidə evlərin bir-birinə bitişik olması səbəbindən yanğının sürətlə yayılmaq ehtimalı bütün sakinlərdə ciddi qorxu və narahatçılıq yaradıb. Evimizdə bu təhlükə səbəbindən gecə yatmır və növbə çəkirik. Həyatımıza ciddi təhlükə hiss edirik. Bununla bağlı bütün hüquq-mühafizə orqanlarına müraciət etmişik”.
“Papanin” sakinləri qeyd edir ki, son olaraq isə şirkət Novruzov qardaşları küçəsində sakinlərin və avtomobillərin istifadə etdiyi işlək yolu bağlayaraq, vətəndaşları faktiki mühasirəyə salıb: “Pilot-16″ və onun rəhbəri Aslan Quliyevin dövlət qurumlarına və vətəndaşlara hörmətsizliyinin kökündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən himayə edilməsi dayanır. Müraciət etdiyimiz qurumlar şikayətlərimizə reaksiya verib, müvafiq addımlar atıblar. Ancaq heç bir nəticə yoxdur. Şirkət öz qanunsuz və insanlıqdan kənar əməllərinə davam edir. İcra başçısı Asif Əsgərov şirkətin bütün qanunsuz əməllərinə göz yumur”.

Xəbəri paylaş